Uzunqulaq əməliyyatı


Millətimizin çox dərdi var imiş. Mən elə bilirdim ki, Qarabağ, işsizlik, korrupsiya və.s problemlər əsas, vacib məsələlərdəndir. Amma görünür bu mövzular aktuallığını artıq itirib, yazsam yəqin ki, yanılmaram. Sanki hər şey öz həllini tapıb, bircə qalıb Eşşək dərdi. El arasında daha çox onu Eşşək kimi tanıyırıq, daha doğrusu adlandırırıq. Amma sizə uzunqulaq haqqında məlumat yox, bu günlərdə onun başına gələn əhvalatdan yazmaq istəyirəm.

Bilirsiniz ki, Uzunqulaq çox zəhmətkeş bir heyvandır. Nə istəsən, hara aparsan gedəcək, nə yükləsən daşıyıb, gətirəcək. Bir sözlə çalışqandır. Sözüm bunda yox…

Belə ki, bu yaxınlarda Şamaxı rayonunda uzunqulaqa rayon icra başçısının tapşırığı ilə abidə qoydular. Özüdə üstündə adam oturan qoşqulu araba ilə bir yerdə… Di gəl ki, bunu yerli camaat arasında bir mənalı qarşılanmadı. Əhali kəskin reaksiya verərək abidənin qoyulmasına etiraz etdilər.

Axı burada qeyri adi nə var? İcra hakimiyyətinin rəsmisi də bu abidə kəndlini qədimliyi tərənnüm etdiyini bildirmişdi. Amma bizim bu camaat uzunqulaqın abidəsini də uzunqulaqa çox gördülər. Uzunqulaqı min, çap, yük daşıtdır, və.s  istədiyin kimi istifadə elə, amma bir dənə abidəni uzunqulaqa qıyma. Bu yolla siz demokratiyanı tapdalamış olursunuz. Sözün hər iki mənasında…

Dünən camaatın istəyi yerinə yetdi. Belə ki, bir bığı burma kamaza minib, uzunqulaqın abidəsini dağıdıb, yerlə yeksan etdi. İndi bu Şamaxı camaatına deyən lazımdır, ay millət nə sizə mane olur axı, burada qəbahət nə var, bu sizi niyə belə narahat edib, qıcıqlandırır? Niyə təməli yenicə qoyulmuş abidəni gözünüz götürmədi?

İndi də oxudum ki, bəs uzunqulaqın abidəsini dağıdanı həbs ediblər. Deyən lazım idi. Bu sənə lazım idi? Durmuşdu yerində də sənə bəyəm mane olurdu? Daha sonra isə abidənin uçuranın sırf  təsadüf nəticəsində dağıtdığı xəbəri yayıldı. Belə yerdə deyirlər təsadüfdən doğan zərurət… Həmçinin abidənin uçurulmasından sonrakı vəziyyətinə və yerli camaatın buna münasibətini buradan öyrənə bilərsiniz. 

Sonda onu qeyd edim ki, Eşşək adlandırdığımız bu heyvan bir dəfə palçığa girəndən sonra ikinci dəfə heç vaxt girmir.  Heykəl təmir olunsa yəqin ki, bəzi adamlar bundan ibrət dərsi götürərlər.

Dünyanın bir çox ölkələrində uzunqulaqa abidələr qoyulub və normal da qarşılanıb. Buyurun baxın.

Bu slaydşou üçün JavaScript lazımdır.

P.S. Yeri gəlmişkən Eşşək  Xorvatiyanın milli simvolu hesab edilir. Yaxşı ki, Şamaxının simvolu deyil…

 Bu videoya diqqətlə baxın. Əslində kimin eşşək olduğunu görmək elə də çətin deyil. 

Advertisements

05/07/2011 tarixində Cəmiyyət içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: