WWF

Bu həftə almanlarla billikdə tərcüməçi (Azərbaycan-Alman, Alman-Azərbaycan) kimi işlədiyim layihə sona çatdı. Layihə Ümümdünya Meşələrin Mühafizəsi Fondunun WWF (WWFWorld Wide Fund For Nature) təşəbbüsü nəticəsində təşkil olunmuşdur. Mətləbə keçməzdən öncə bu fond barədə qısaca məlumat vermək istərdim. Əsası 1961-ci il sentyabrın 11 də qoyulmuşdur. Adından da göründüyü kimi fondun məqsədi təbiətin, ətraf mühütün araşdırılması, bərpası və vəhşi heyvanların mühavizəsindən ibarətdir. Dünyanın 100 dən artıq ölkəsində o cümlədən Azərbaycanda da fəaliyyət göstərir. Fondun simvolu qırmızı kitaba daxil edilmiş nəsili kəsilməkdə olan Pandadır. Fond haqqında daha ətraflı buradan oxuya bilərsiniz.

İxtisasca ekoloq olan 2 almanla layihədə işlədim. Onlar Greifswald universitetinin məzunları idi. Onlardan biri Jan 2 dəfə Michael isə 3 dəfə Azərbaycan da olmuşdular. Hər ikisidə müxtəlif layihələrdə işləmişdilər. Almanlarla bu layihədə tapşırığım tərcümə etməkdən ibarət idi. İşimiz iki hissədən ibarət idi. Amma mənə ikinci hissə aid idi. Belə ki, 1-ci hissədə almanlar meşələrdə araşdırma aparırdılar. Ağac növləri, gövdəsinin ölçüləri, hündürlüyü, aralarında olan məsafə və s qeydlər aparırdılar. Bir sözlə meşələrin quruluşunu öyrənirdilər.

Təxminən 15 gündən artıq Oğuz, İsmayıllı və Quba meşələrində araşdırılma aparıldı. İlk dəfə idi ki, belə layihədə iştirak edirdim. İlk dəfə olduğu üçün də çalışırdım ki, tərcümə etməkdən başqa onların etdikləri işlərlə yaxından tanış olum. Ona görə də işim ancaq  tərcümə ilə məhdudlaşmadı. Necə deyərlər həm tərcümə etdim həm araşdırmada iştirak etdim həm də gəzdim. Qısa olaraq buna həm ziyarət həm də ticarət demək olardı 🙂 İkinci hissə də isə olduğumuz yerlərdə bələdiyyə, kənd icra nümayəndəliyi və əhali ilə müsahibə götürürdük. Bələdiyyə və kənd icra nümayəndələrindən kənd haqqında məlumat, onların vəzifələrinin nədən ibarət olması, əhalidən isə hansı təsərrüfat, nə qədər torpaq sahəsinin olması, gəlir mənbəyinin haradan olması, odundan ildə neçə м3 istifadə və.s suallardan ibarət idi. Layihənin əsas məqsədi meşələrdə ağaclardan düzgün şəklidə istifadə olunması və gələcək nəsillərə çatdırılması üçün məsləhətlərin verilməsi olacaqdır. Bu müddət ərzində çox maraqlı görüşlərimiz oldu. İnsanlar çox mehriban qonaqpərvər idilər. Əslində buna şühbəm də yox idi. Hərçənd almanlar buna heyran olmuşdular. Özləri də etiraf etmişdilər ki, almanlar sizin kimi qonaqpərvər deyillər.

Bu maraqlı layihədə yadda qalan günlərimiz çox oldu. Onlardan Oğuzda toyda iştirak etməyimiz və İsmayillıda bir ailədə Azərbaycan-Almaniya futbol oyununa baxmağımızı misal göstərə bilərəm 😀 Təəssüf ki, milli komandamız çox vaxt olduğu kimi bu dəfə də uduzdu. Guya qalib gələcəkdi də 😛

Bütün günü məşğul olsaqda təbii ki, vaxt tapıb, kiçik səyahət etməyi də unutmadıq. Qubanın ən ucqar nöqtəsində yerləşən Xınalıq kəndinə səfər etdik. Çox maraqlı oldu. Orada özümü bir anlıq sanki nağıllar aləmində hiss etdim 🙂 Bir sözlə Xınalıq möhtəşəm idi. Bir saat orada olduq. Hava bir neçə dəfə dəyişdi. Gah yağış yağdı, gah gün çıxdı, gah da duman oldu.

Beləcə Gəncə->Mingəçevir->Oğuz->İsmayıllı->Şəki->Oğuz->Şamaxı->Quba->Xınalıq->Quba->Bakı->Gəncə marşrutu ilə qət etməklə layihə sona çatdı.

Təşəkkürlər WWF-Azərbaycan!!! Təşəkkürlər Jan və Michael!!!

Advertisements

26/06/2011 tarixində Təəssüratlar içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 2 Şərh.

  1. Almanlar gəlib bizim meşələrimizi mühafizə etməyə hazırlaşır. Biz isə hələ də onları qırmaqdan və əslində yavaş-yavaş özümüzü məhv etməkdən əl çəkmirik!

  2. Ümid edirəm ki, layihə insanların daha da maariflənməsinə, meşələrin qorunmasına və gələcək nəsillərə çatdırılmasına kömək edəcək.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: