28 May Respublika gününüz mübarək!!!


Bu gün Azərbaycan Demokratik Respublikasının yaranmasından 93 il keçir. İlk növbədə Azərbaycan xalqını bu əlamətdar gün münasibətilə təbrik edirəm. Şərqdə ilk Demokratik Respublikanın yaranması Məmməd Əmin Rəsulzadənin adı ilə bağlıdır. O cümlədən Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli və digər şəxslərin də əməyi olmuşdur. Doğrudan da bu gün qürurverici, fəxredici bir gündür. Görüb, eşitdiklərim də buna bariz nümunə idi.  Belə bir gündə biz də dostlarla birlikdə M.Ə.Rəsulzadənin Gəncədə olan büstünü ziyarət etdik. Sözün açığı neçə illərdir ki, Gəncədə yaşasam da büstün olmasınını bilmirdim. Eşidəndə ki, M.Ə.Rəsulzadənin Gəncədə büstü var, xəbərdar olmadığımdan xəcalət çəkdim. Səhv etmirəmsə, bu mənim ilk ziyarətim idi. Bunlara görə özümü qınayıram. Büstü ziyarət edənlər arasında əksəriyyətini gənclər təşkil edirdi. Amma elə gənclər də var idi ki, qıraqdan baxıb, sadəcə olanları seyr edirdilər. İlk öncə büstün önündə himnimizi oxumaqla başladıq. Bundan sonra M.Ə.Rəsulzadə haqqında qısa çıxışlar oldu. Bayaq kənardan duran gənclər bizim çağırışımızla və digəriləri də könüllü olaraq büstün ətrafına toplaşdılar. Amma gənclərdən birinin M.Ə.Rəsulzadənin kim olduğu haqqında soruşduqda qətiyyətlə əlbəttə tanıyıram, o yazıçıdır deməsi ətrafda olanlarda acı gülüşə səbəb oldu. Təəssüf ki, hələ də M.Ə.Rəsulzadəni tanımayan gənclər var. Amma bu ziyarətdə ən yadda qalan məqam da oldu. Yəqin ki, o an uzun müddət bir çoxlarının yadında qalacaq. Belə ki, M.Ə.Rəsulzadənina anmağa bir baba iki nəvəsi ilə gəlmişdi. Nəvələrinin birinin əlində böyük gül dəstəsi var idi. Özü yaxınlaşdı və büstün üstünə gül dəstəsini qoydu. Həmin anda çəkilən şəkillərdən məndə yoxdur, amma əldə edən kimi sizinlə paylaşmağa çalışacam. Uşağın yaşını öyrənə bilmədim. Amma təxminən 6-7 yaş arasında olardı. Daha sonra həmin uşaq büstün önündə gözəl şeir deməsi hamımızın alqışına səbəb oldu. Uşaq doğrudan da hamını valeh etdi. Sonda isə fikrimi M.Ə.Rəsulzadənin bu fikri ilə tamamlayıram. Sən bizimsən, bizimsən durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!  

Bu slaydşou üçün JavaScript lazımdır.

Advertisements

28/05/2011 tarixində Azərbaycan içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 2 Şərh.

  1. Qürurverici yazıdır! Haqqında danışdığın uşağın şəkillərin də gözləyirəm.
    Uğurlar!!!

  2. Çox sağ ol! Bəyəndiyin üçün təşəkkür edirəm! 🙂

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: