Çernobıl faciəsi

Yəqin bir çoxlarınıza məlumdur ki, bu gün Çernobıl faciəsinin anım günüdür. 25 il bundan qabaq 1986-cı ilin bu günü yəni 26 Apreldə bu faciə baş vermişdir. Bu hadisə baş verəndə o zaman mənim hələ 2 yaşım var idi. Təbii ki, bu faciə haqqında ümumiyyətlə xəbərim yox idi. Amma vaxt ötdükcə tədricən məlumat almağa başladım. Çernobıl da baş verən hadisə məhz faciədir. Ona görə ki, orada nə qədər adam həyatını itirməklə yanaşı, radioaktiv şüalanmaya da məruz qalmışdır. O vaxt faciənin fəsadlarını aradan qaldırmaq üçün bir çox ölkələrdən insanlar səfərbər olunmuşdu. MDB ölkələrindən olduğu kimi Azərbaycandan da faciənin aradan qaldırılması üçün 7000 nəfər göndərmişdi. Təəssüf ki bunlardan 3000 nəfər vəfat etmişdir 😦 Amma hələ də bu günə kimi partlayış nəticəsində həlak olanların sayı dəqiq açıqlanmır.

Bəs Çernobılda hadisənin baş vermə səbəbi nə idi? Bildiyim məlumata görə AES (Atom Elektrik Stansiyası) 4-cü enerji blokunda baş verən partlayış səhlənkarlıq nəticəsində yaranmışdır. Hadisədən 25 il keçməsinə baxmayaraq hələ də problemlər qalmaqdadır.

Hazırda Ukrayna hökuməti partlayış baş verən enerji blokunda şüalanmanı tam olaraq aradan qaldırmaq üçün layihə tərtib edib. Amma bunu həyata keçirmək üçün maliyyə çatışmır.

P.S. İnsan əlinin yaratdığı heç də hər zaman faydalı olmur ©

Advertisements

26/04/2011 tarixində Hadisə içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: