Ana dilinə olan “hörmət”

Son zamanlar oxuduğum məqalə və bu gün baxdığım süjet bu mövzu haqda yazmağa məni vadar etdi. Belə sual yaranır. Görəsən biz Ana dilimizə hörmət edirikmi, ediriksə nə dərəcədə edirik? Hamıya yaxşı məlumdur ki, dilimizdə rus sözlərindən çox istifadə olunur. Amma mən o sözlərdən yazmaq fikrim yoxdur. Sadəcə dilimizə olan biganəlikdən yazmaq istəyirəm. Belə ki, yazıda Polşadan olan bir xanım Anna Zamejc ölkəmizdə yaşayış tərzindən insanlardan bir sözlə Azərbaycan haqda fikirləri yer almışdı. Diqqətimi Azərbaycan dili barədə söylədikləri cəlb elədi. Hər hansı bir əcnəbi ölkəmizə gəlib burada dilimizə olan “hörmət” haqda belə məqamlara toxunması doğrudan da utancvericidir. Polyak qızın dilimiz haqqında dediklərini olduğu kimi nəzərnizə çatdırıram.

“Azərbaycan dilində sual verəndə rusca cavab verirlər, rusca sual verəndə isə ingilis dilində”

Əksər əcnəbi müsahiblərimiz kimi Anna üçün də azərbaycanlıların unikal hesab etdiyi xüsusiyyəti qonaqpərvərliyidir. Onun sözlərinə görə, azərbaycanlılar evlərinə qonaq gələndə hər şeyin ən yaxşısını masaya düzürlər, qonağın rahatlığı üçün əllərindən gələni edirlər: “Polyaklarda belə bir söz var ki, evə qonaq gəlirsə, Allah gəlir. Bizdə də qonağa hörmət var, amma Azərbaycandakı kimi yox. Hətta yolda gedəndə, hansısa ünvanı axtaranda da ”kömək lazımdır?” deyə soruşan azərbaycanlılar tez-tez rastıma çıxır. Hətta hərdən mənə elə gəlir ki, bu cür yardım etmək istəyən adamlar xüsusi olaraq yollarda dayanıb, gözləyirlər(gülür). Dəfələrlə olub ki, adamlar axtardığım yeri göstərmək üçün mənimlə 10 dəqiqəlik yolu belə gediblər”.
Qonaqpərvərliyimiz öz yerində, amma Anna azərbaycanlıların öz doğma dilinə olan münasibətinin səbəbini anlaya bilmir. Özü azərbaycan dilində çox az, rus dilində də elə o səviyyədə danışa bilir. Amma azərbaycanlılarla ünsiyyət zamanı “unikal” bir durumla rastlaşır: “Bir də görürsən insanlara Azərbaycan dilində sual verirəm. Azərbaycan dilində sual verəndə rusca cavab verirlər. Rusca sual verəndə isə ingilis dilində. Deyirəm, görəsən, polyak dilində sual versəm, necə cavab verərlər?(gülür) Hətta hərdən mağazada nəsə söz soruşanda azərbaycan dilində danışıram. Satıcı qayıdıb rusca cavab verir. Üstəlik də mənə irad tutur ki, bəyəm sən rusca bilmirsən? Niyə Azərbaycan dilində danışırsan? Sanki mən rus dilində danışmağa məcburam”.

Məqaləni ətraflı BURADAN oxuya bilərsiniz.

Bütün bunlar azmış kimi bu gün Euronews kanalının Novruz bayramı haqqında çəkdiyi süjetə baxdım. Bizimkilər müsahibəni rusca verirdilər. Müsahibə verənlər arasında məsul şəxslərdə var idi. Onlardan biri Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev idi. Təəssüf ki, o da fikirlərini azərbaycanca yox məhz rusca ifadə etmişdir. Bu məni təəccübləndirməyə bilməzdi. Olmazdı ki, müsahibəni verən şəxslər Ana dilində danışardı, tərcüməsini də rusca verərdilər, ya səsləndirilərdi, ya da titrlər vasitəsilə təqdim olunardı?! Niyə axı dilimizə belə hörmətsizlik olunur?! Bu sujetə baxan əcnəbi haradan biləcək ki, Azərbaycanın dövlət dili rus dili yox azərbaycan dilidir?! 😦 Görəsən başqa bir ölkə haqqında süjet hazırlananda müsahibə verənlər öz adət ənənələrini əcnəbi dildə verirlər?! Verirlərsə bəlkə mənim xəbərim yoxdur?! Bu qədər də olmaz! Heç olmasa xaricilərin qarşısına çıxanda özünüzün azərbaycanlı, ana dilinizin də azərbaycan dili olduğunu unutmayın!!!

P.S. Ana dilinə abidə qoymaq şərt deyil, əsas ona hörmətdir!

Advertisements

26/03/2011 tarixində Cəmiyyət içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. Süjetə mən də baxdım. Orada nazir Əbülfəz Qarayev də rusca danışıb, niyə naziri açıq tənqid etmirsən, müsahibə verən şəxslər deyirsən? Çox maraqlıdır. Münasibətin kəskindirsə naziri də qeyd edərdin. İctimai şəxs olduğu üçün blog yazısının ən yaxşısı “zaçepkası” olardı.

  2. Düzdür, haqlısan. Süjetə baxmayanlar söhbətin konkret olaraq kimdən getdiyindən xəbərsiz olardılar. Ona görə də şərhində yazdığın fikirlərlə razıyam. Bundan başqa hər halda tənqidimə də haqq qazandırarsan.
    P.S. Yazıda artıq dəyişikliklər etdim, diqqətinə görə təşəkkür edirəm!

  3. Bizdə xarici dil həmişə dəbdədi. İnsanlar şəhərdə öz doğma dilində danışmağı ayıb sayır. Təəssüflər olsun 😦 Euronews.da da o süjetə baxmışam, maraqlı olan o idi ki, danışanların əksəriyyətində dəhşətli dərəcədə aksent var idi :))))))))))))))))

  4. Mənə maraqlıdır, müsahibə verənlər görəsən bunun fərqindədirlərmi, yoxsa elə onlarda rusca danışmağı siz qeyd etdiyiniz kimi dəb hesab edirlər? Vaxt ayırıb, yazını oxuyub, münasibət bildirdiyiniz üçün minnətdaram!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: