“Etibar”lı bankın etibarsızlığı

Yəqin ki, bir çoxlarınız banklardan daha doğurusu bank xidmətlərdən istifadə edirsiniz. Bu xidmətlər sırasına kreditlər, pul köçürmələri, onun qəbul edilməsi, istiqrazlar, plastik kartlar və.s aid etmək olar.  Təbii ki, bu xidmətlərdən hər kəs müxtəlif banklardan istifadə edir. Kimsə müştərisi olduğu bankdan razı kimsə isə narazıdır.O adamlardan biri də mənəm hansiki hələ o bankın xidmətindən istifadə etməmişəm. Maraqlısı isə budur ki, xidmətindən istifadə etməmiş artıq məndə narazılıq yaranıb. Səbəbi isə sifariş verdiyim plastik kartı hələ bilməməyimdir. Kartı isə banka getmədən onlayn sifariş vermişdim. Sifariş verildikdən sonra 3-4 gün ərzində alacağımı e-mail yazaraq bildirmişdilər. Amma 15 gün keçməsinə baxmayaraq hələ də plastik kartı əldə edə bilməmişəm. Bankdan narazı olduğumu bildirdim. Amma sizə bunun hansı bank olduğunu bildirməmişəm. Amma bu o demek deyil ki, o bankın adını çəkməkdən çəkinirəm. Xeyir, bu belə deyil. Özünü etibarlı bank hesab edən amma əslində isə mənə görə etibarlı bankın etibarsızlığı adını almış bank, DəmirBankdır. Amma mən bu bankda heç dərmirə məxsus möhkəmlik görmədim. Bu bank iki dəfə adını dəyişib əvvəl Azərdərmiryol bank olan indi DəmirBank adlanır. Düşünürəm ki, bu yazıdan və mənə göstərilən “xidmət”dən sonra bankın adını yenidən dəyişsələr daha yaxşı olar.

Onu da qeyd edim ki, mənə göndərilən sərəncamda da qeyd olunub ki, kart hazırlıq olduqda müştəriyə xəbər verilməlidir. Amma sərəncamda yazılan isə şərtidir. Belə çıxır ki, işçilər işlərinə məsuliyyətsiz yanaşırlar…

Sual oluna bilər ki, niyə mən banka getmədən bir başa internetdən sifariş verdim. Çünki əgər banka gedib sifariş versəydim iki dəfə getməli idim. Ona görə də bankın saytında plastik kart üçün nəzərdə tutulmuş yerdə məlumatlarımı doldurub göndərdim. Daha sonra isə bir nəçə dəfə banka e-mail də yazdım. İndi onları olduğu kimi nəzərinizə çatdırıram.

Salam, Yaşar müəllim. Siz sifariş verdiz plastik kart üçün. O kart rəssmiləşdirmə üçün şəxsiyyət vəsiqəsi kopiyası lazımdır skaner variantı. Bu unvana qöndərəbilərsiz .Ya da kopiyası faks ilə qöndərməy olar. Sağ olun.

Salam Liliya xanım,

Şəxsiyyət Vəsiqəsinin sürətini göndərirəm. Plastik kartı nə vaxt əldə

edə biləcəyəm?

Hörmətlə

Yaşar Hüseynov
Salam DəmirBank,
Mən sizin bankdan fevralın 14-də Plastik karta sahib olmaq üçün internetdən sifariş vermişdim. Şəxsiyyət Vəsiqəsinin də sürətini ayın 15-də göndərmişdim. Bilmək istərdim ki, kartı nə vaxt əldə edə biləcəyəm?
Hörmətlə
Yaşar Hüseynov
Salam, Yaşar müəllim. Biz sizin sifariş Gəngə filiala qöndərmişık , procedur əsasında 3-4  qün ərzində kart hazır olmalıdır . Ama istəyirsiz Gəngə filialında dəqiqləşdirin nə vaxt kart hazır olacəy bu nömrəyə zənq vurun.Sağ olun.
Salam DəmirBank,
Mən fevralın 14-də plastik kart üçün sifariş vermişdim. Amma 10 gün keçməsinə baxmayaraq hələ də kartı almamışam. Halbuki siz plastik kartın 3-4 gün ərzində hazırlanacağını bildirmişdiniz. Bundan sonra mən hələ neçə gün gözləməliyəm?  

Hörmətlə

 

Yaşar Hüseynov
Plastik kartı hazır ediblərsə, deməli DəmirBankın Gəncə filialından mənə xəbər etməli idilər. Amma etməyiblər. Sizin göndərdiyiniz sərəncamda da qeyd olunub ki, müştəriyə kartın hazırolma vaxtı bildirilir. Belə çıxır ki, sərəncamda yazılana əməl olunmur…İşlərinizdə uğurlar!
Salam DəmirBank,
Gəncə filialının hər iki nömrəsinə bir neçə dəfə zəng etsəmdə cavab verən yoxdur. Zəhmət deyilsə mənə nömrəyə cavab veriləcək nömrələri göndərin. 

Hörmətlə

 

Yaşar Hüseynov
P.S. Orfoqrafiyaya diqqət yetirin.
Bu e-maili yazandan sonra 1 təkrar olmaqla yenidən 4 nömrə göndərdilər. Yeri gəlmişkən yuxarda da bir neçə dəfə zəng etdiyim nömrələrdən biri də təkrar göndərilən nömrələrindən biri idi. Bundan başqa o nömrə bankın reklam lövhəsində qeyd olunub.  

Sonda isə özlərini etibarlı sayan DəmirBankın video rolikinə baxaq.

Sizcə, belə “xidmət”dən sonra bu banka Dəmir demək olar?!

 

Advertisements

01/03/2011 tarixində Xidmətlər içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. Yaxşı ki, hələ emaillə yazışıblar səninlə 🙂

  2. Bank sahəsində xidmətlər bizdə 0 səviyyəsindədir… Təəssüf ki, bu gün artıq 2-ci yazıdır bankdan şikayət haqda…

  3. Bəli, elədir ki, var. Bunlar heç düzələnə də oxşamırlar…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: