Xocalı soyqırımı və unudulmuş şəhidlər

Bu gün Xocalı soyqırımından 19 il keçir. Hamı bu günü xatırlayır anır. Amma təəssüf ki, məhz bu gün də, yəni faciənin baş verdiyi gün 26 fevralda xatırlanır. Mən də faciənin bu gündə xatırlayan adamlardan biriyəm. Bilmirəm, bu, nədən irəli gəlir. Amma mən belə olmaq istəmirəm! İldə bir dəfə yada saldığımız Xocalı faciəsinin dünyaya lazımınca çatdıra biməməyimizin səbəbi bəlkə də elə budur. Kim bilir?! Tək bu faciə deyil, bir çox faciələri də elə məhz onun baş verdiyi gündə xatırlayırıq. Təəssüf, deyilmi?! Bu haqda çox danışmaq, çox yazmaq olar. Onsuz da hələlik əlimizdən bu gəlir. Amma nə faydası?! Əsas işdir, o iş ki, gərək anı məqamı çatanda yox, ondan qabaq iş görəsən. Məncə, belə olduğu təqdirdə bu işin nəticəsi ola bilər.

Bu video da qadın demək olar ki, bütün yaxınlarını, qohum-əqrabasını itirmişdir 😦

Bu gün Gəncədə Xocalı soyqrımını anmaq üçün biz də bir neçə gənclər şəhidlər xiyabanına üz tutduq. Düzdür, Gəncədə Xocalı şəhidlərini xatıraldacaq bir abidə yoxdur. Amma özümüzə borc bilib, vətənimizin uğurunda şəhid olanları yadımıza salmağı borc bildik. Yollandıq oraya, açığı sayımız o qədər də çox deyildi. Qərara gəlmişdik ki, xiyabanda təmizlik işləri aparaq. Bəli, məhz təmizlik işləri… Orada gördüyüm mənzərədən pis oldum, xəcalət çəkdim. Bilmədim şəhidlərimizinmi halına yanım, yoxsa onlara göstərilən qayğıyamı yanım. Çünki qəbirlərin ətrafı zibillik, boş su qabları, ot-alaq basmış, qısası, çirkli, bərbad vəziyyətdə idi. Bir azərbaycalı kimi utandım, xəcalət çəkdim 😦 Niyə axı şəhidlərimizə belə laqeyd münasibət bəslənilir?! Bəlkə biz bura gəlməyəcəkdik…Onda necə olacaqdı?! Onu da qeyd edim ki, xiyabanda keç kim yox idi. Bütün bunlar azmış kimi, təmizlik idarəsinin 2 nəfər işçisi bizə kömək etmədən maşının içində oturub, utanmadan “Nə vaxt qutaracaqsınız? O yığdığınız zibili birdəfəlik maşına atın” deməsi adamı lap hiddətləndirirdi.

Bu xiyabana bir neçə dəfə gəlmişəm və hər dəfə də gələn də “Burada Azərbaycanın müstəqilliyi dövlətçiliyi və ərazi bötövlüyü uğurunda həlak olan Gəncə şəhidlərinin xatirəsinə abidə ucaldılacaqdır” yazılmış lövhəni görürəm. Fikir verin, yazı kiril əlifbası ilə yazılıb. Latın qrafikasına isə 1992-ci ildə keçmişik. İndi özünüz təsəvvür edin, neçə ildir bu lövhə buradadır və abidənin ucaldılması da neçə ildir ki, yerinə yetirilmir. Sizcə, bu şəhidlərimizə hörmətsizlik deyilmi, bütün bu “mənzərə” acınacaqlıdır deyilmi?!

Şərhsiz…

Bu slaydşou üçün JavaScript lazımdır.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

Advertisements

26/02/2011 tarixində İnsanlar içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 2 Şərh.

  1. Həqiqətən də bugünkü günün ən vacib məsələsidir bu. Bu gün müəllimlərlə söhbət zamanı da bu mövzuya, ümumiyyətlə Qarabağ mövzusuna toxunduq. Amma qəribədir ki, sanki hamımızda vətənpərvərlik ruhu ölüb. Amma mən bunu sadəcə “dərin bir yuxu” kimi qiymətləndirirəm. Yaşı əsrlərlə ölçülən, qeyrətli və vətənpərvər oğullarının izi hələ də tarixdə yaşayan bir millətdə bu ruh ölə bilməz. Bizə sadəcə olaraq oyanmaq, möhkəm silkələnib, oyanmaq lazımdır. Biz bunu edəcəyik. Dama-dama göl olar. Hərəmiz ən az bir neçə nəfərə təsir etməklə buna nail olacağıq!!! Əminəm!!!

    • Təəssüf ki, biz faciəni ancaq faciə olmuş gündə anırıq. Bu həqiqətdir. Fikirimcə, bu düzgün deyil. Düzdür, hərdən deyirik ki, şəhidlər hər zaman qəlbimizdə yaşayır. Amma bu onları sadəcə xatırlamaqdır. Biz sadəcə onları yada salmaqla kifayyətlənməməliyik. İlk öncə faciələrimizi özümüz lazımınca qiymətləndirməliyik daha sonra isə çalışıb bunu dünyaya çatdırmalıyıq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: