Məhəbbət üçbucağı

Adından da göründüyü kimi məhəbbət üçbucağından danışmaq daha doğurusu yazmaq istəyirəm. Məhəbbət, sevgi — bu ülvi könül oxşayan hisslər ürəkləri fəth edən bu sözlər hər bir insan üçün önəmli və vacibdir. Ürəkləri ona görə ki, hər bir insan sanki sevgiyə, sevməyə, sevilməyə məhkum olunub. İnsan sevginin əsiridir. Çünki sevgi insanları sevməyə təhrik edir. Adətən belə deyirlər ki, sevməyən insan yoxdur. Ancaq istisna hallara da rast gəlmək olur. Məhəbbət üçbucağı dedikdə mən bunu özünəməxsus tərzdə səciyyələndirirəm. Məlumdur ki, üçbucağın üç tərəfi, üç nöqtəsi var. Yəni ABC nöqtələri,  A nöqtəsi zirvədə olduğu üçün qarşılıqlı sevgini təcəssüm etdirir. Bunlar üçü də bir anlamı, Məhəbbət üçbucağını daşıyır. Ancaq birinci halda yəni A nöqtəsini əks etdirən qarşılıqlı sevgiyə inanmırlar, buna birmənalı baxırlar. Bunun belə olmadığını qarşılıqlı sevginin mövcudluğunu dahi insanların yaratdığı məhəbbət mövzusu, Nizami Gəncəvinin Leyli və Məcnun, Xosrov və ŞirinUilyam Şekspirin Romeo və Cülyetta əsərlərində rast gəlirik. Doğurdan da həyatı məhəbbətsiz təsəvvür etmək çətindir. Bu arada dahi Nizami Gəncəvinin beyti yadıma düşür.

Eşqidir mehrabı uca göylərin,

Eşqsiz ey dünya nədir dəyərin?!

Allah təala ilk insanı Adəmi palçıqdan yaratdıqdan sonra qabırğasından da Həvva nənəmizi yaratmışdır. Sevginin tarixi o zamanlara gedib çıxır. Bu ülvi hissləri məhəbbət üçbucağını yaradan yaşadan məhz insanlardır, o insanlar ki, həm sevir həm sevilir və ya sevir, sevilmir yada ki, heç sevmir. B nöqtəsinə xas olan sevginin ömrü az olur, çünki sevginin qarşılığı olmur. C nöqtəsinin isə nə qarşılığı nədə ki, ömrü olur.

Doğurdan da məhəbbət sevgi anlayışını bir sözlə ifadə etmək mümkün deyil. Belə bir anlam var ki, ən çətin sözlər ən çətin ifadə edilənlərdir. Hərdən insanlar bir birinə sual verirlər. Həqiqi sevgi varmı? Mənə elə gəlir ki, var. Fikirimcə, zənnimcə elə həyat özü sevgi üstündə qurulub. Bəlkə də ona görə də A nöqtəsi, yəni əsl sevgi qarşılıqlı sevgi, məhəbbət zirvədədir. Sevgi haqqında danışanda ilk növbədə onun mənasına varmalıyıq. Çünki sevgi müxtəlif mənaları kəsb edir, yəni sevgi vətənə, anaya, ataya, bacıya, qardaşa sonda isə sevdiyin şəxsə qarşı olur.

Bir də həqiqi sevgi bir dəfə olur. Sonda isə hər kəsə sevməyi, sevilməyi və sevimli olmağı arzulayıram 🙂

P.S. Məqalənin yazılma tarixi 01.05.2004

Advertisements

18/02/2011 tarixində Təəssüratlar içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 11 Şərh.

  1. Maraqlı yazıya görə çox sağ ol. Heç bir fikrin lazımsız deyil, hamısı gözəl və dəyərli sözlərdir. Məncə də əsl sevgi var, SEVGİ olmasa HƏYAT OLMAZ! Məncə bunu başa düşmək elə də çətin deyil. O ki, qaldı A nöqtəsinə, hamıya həmişə sevginin zivəsində olmağı arzulayıram. Hər şeydə zirvəyə nail ola bilərsən, amma sevgidə çox çətindir. Sevginin zirvəsinə çatmaq üçün həm sevməli həm də sevilməlisən. Bunu isə heç də hamı bacarmır. Çalışaq, sevən və sevilənlərdən olaq.
    Ən çox bəyəndiyim yazılarından biri də məhz bu yazındır. Təşəkkür…

  2. Sevgidə də zirvəyə çatmaq olar. Əsas odur ki, bunu ürəkdən istəyəsən. Həm də mümkün olmayan şey yoxdur. Ona görə də heç vaxt ümidsiz olmaq olmaz. Bəyəndiyin üçün çox sağ ol, minnətdaram! 🙂

  3. “Aşksız geçen bir ömür beyhude yaşanmıştır. Acaba ilahi aşk peşinde mi koşmalıyım, mecazi mi, yoksa dünyevi, semavi ya da cismani mi diye sorma! Ayrımlar ayrımları doğurur. AŞK’ın ise hiçbir sıfata ve tamlamaya ihtiyacı yoktur. Başlı başına bir dünyadır aşk. Ya tam ortasındasındır, merkezinde, ya da dışındasmdır, hasretinde.” Kural 40. Şəms Təbrizi

    Son vaxtlar deyəsən butun yazılara commenti kurallarla yazıram 🙂 . Yaşar, mövzuya fərqli toxunmusan, düzü bəzi hissələri başa düşməkdə xeyli çətinlik çəksəm də deyəsən axırda anlaşıldı 🙂

    • Şəms Təbrizi, çox gözəl yazmışdır. Xoşuma gəldi. Əllərinə sağlıq, sənin də həmçinin 🙂
      Görürsən də 7 il bundan qabaq sevgi haqqında necə düşünürdüm 😉 Yaxşı ki, sonda da olsa anlaşıldı, yoxsa səni çətin vəziyyətə salmış olacaqdım 😀

  4. Mənə çox maraqlıdır, görəsən sevgi haqqında yenə 7 il bundan qabaqkı fikirdəsən, yoxsa fikrin dəyişib? 🙂

  5. Hə? 🙂 İndi necə düşünürsən ki, sevgi haqda? 🙂 Nə dəyişib ki, bu son 7 ildə? 🙂

  6. Hə! Sevginin böyük məfhum olduğunu daha da yaxşı anladım 😛 Son illərdə çox şey dəyişib 😉

  7. Ümid edirəm ki, yaxşılığa doğru olub dəyişikliklər 🙂

  8. Düzdür sevgisiz insan yaşmağa dəyməz amma dəyər verən üçün…
    Gərək sevdiyin insanda başa düşsün sənin sevgini şəxsən mənim başıma gəlib. Necə deyərlər başına gələn başmaqçı olar. Sevdim amma başa düşmədi mənim sevgimi

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: