Azərbaycanın xəritəsi (tanımayanlar üçün)
Sən demə Azərbaycanı dünyada tanımayanlardan başqa heç onun ərazisini tanımayanlarda var imiş…Belə ki, dünən Facebook da dostlarımdan biri öz statusunda belə bir cümlə yazmışdır. Azərbaycanda reklam işilə məşğul olan dostlar ya da dostların dostları mənimlə əlaqə saxlasa yaxşı olar…
Mərkəzi Asiyada reklam işləri ilə məşğul olan Adasia şirkəti bir neçə ölkədə o cümlədən Azərbaycanda da işlərini qurmaq istəyirlər. Samir Qulusoy statusda bu xəbəri yazmaqda məqsədi elə bu idi, yəni reklam işləri ilə maraqlanlar o şirkətə müraciət edib, əməkdaşlıq edə bilərlər. Mən də maraq üçün sayta daxil oldum. Saytda çox az məlumatlar yerləşdirilmişdi. Amma əsas diqqətimi bu çəkmədi.
Diqqətimi çəkən Azərbaycan ərazisinin xəritəsinin təhrif olunmuş formada göstərilməsi idi 😦 Belə ki, xəritə Naxçıvan ərazisi yox idi. Digər Asiya ölkələrinin xəritəsi isə qaydasında idi. Bunu görəndən sonra qərara gəldim ki, bu haqda sayta Azərbaycan xəritəsinin (yazıda olan əsas) şəkil ilə birlikdə öz etiraz məktubumu yazım. Əslində bu xəbəri statusda şərh yazanlardan biri görmüşdü. Buna qədər isə mən özüm sayta hələ daxil olmamışdım. Statusu yazan Samir isə cavab şərhində bunu öyrənib, iradını bildirəcəyini yazmışdı. Etiraz məktubundan əvvəl xəritə şəkildə gördüyünüz formada idi. Məktubun mətni isə aşağıdakı kimidir.
К вниманию адмнистрацию сайта http://worldofad.asia/. Прошу вас в скором времени применить изменение на вашем сайте. Потому что территория Азербайджана не правильно указано. На самом деле карта нашей страны в можете посмотреть на отправленном фотографии…
13/02/2011 tarixində Azərbaycan içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.
Afərin Yaşar! Artıq xəritədəki səhvi düzəldiblər.
Təşəkkür edirəm! Bu doğrudan da kobud səhv idi. Ona görə də tez bir zamanda düzəliş etdilər. Belə şeylərə həssas yanaşmaq lazımdır.
Yazıya görə təşəkkurlər 🙂
Məncə də belə məsələlərə həssas yanaşmaq lazımdır.
Buyur 🙂 Belə hallarda hər zaman diqqətli olmalıyıq.