Unudulmuş avqust

Müharibədən sonra…

Bakı məhəllərindən biri…

Yeniyetmələr , hələ böyük deyil, amma çoxdan artıq uşaq da deyillər…

İndi fevral ayı olsada amma mən avqust haqqında daha doğurusu Unudulmuş avqust haqqında yazmaq istərdim. Unudulmuş avqustun mənimlə bir başa əlaqəsi olmasa da amma hardasa var. Çünki hələ tələbə vaxtı mən və mənim tələbə yoldaşlarım bu əsərini səhnələşdirib, tamaşada oynamışdıq. Bir neçə gün bundan qabaq evdə təsadüfən təhsil aldığım universitet Bakı Slavyan Universitetinin “Tələbə dünyası” adlı qəzetini tapdım. Qəzet 2003-cü ildə nəşr olunmuşdu. Qəzet də o vaxt bizim universitetdə oynadığımız Unudulmuş avqust əsərini işıq üzü görmüşdü… O zaman hətta rejissor Elvin Mirzəyevin təşəbbüsü ilə “Yaranış” teatral dram studiyası da yaratmışdıq. Universitetdə bütün tədbir, görüş və konsertləri biz hazırlayırdıq.

Unudulmuş avqust tamaşasını isə nə az nə çox düz 3 ay hazırlaşmışdıq. O vaxt tələbə olduğumuzu nəzərə alsaq tamaşanı hazırlaşmaq üçün dərsdən əvvəl gəlib, dərsdən sonra da qalırdıq. Bəzən elə olurdu ki, tamaşanın məşqı saat 21:00-dək çəkirdi. Bir sözlə tamaşa ilə yaşayıb, nəfəs alırdıq. Ona görə də bütün fikirlərimizi, hisslərimizi bu tamaşaya yönəltmişdik. Bəlkə də bütün bu amillərə görə tamaşa uğurlu alınmışdı. Tamaşaya musiqinin bəslənilməsi üçün bəstəkar və hətta dava səhnələrini səhnələşdirmək üçün mütəxəssis də dəvət edilmişdi. Bu qədər hazırlaşmağımız doğurdan da sonra öz bəhrəsini verdi. Belə ki, əvvəl tamaşnı bir dəfə özüdə giriş pulsuz olmaqla oynamışdıqsa daha sonra tamaşamıza baxmaq biletlə oldu, yəni ödənişli oldu 🙂 Yeri gəlmişkən əsərin müəllifi olan Rüstəm İbrahimbəyovu da tamaşaya dəvət etmişdik. Ondan tamaşadan sonra müsahibə alınmışdı və fikirləri “Tələbə dünyası” qəzetində yer almışdı.

Tamaşanı universitetdə uğurla oynadıqdan bir müddət sonra Kamera Teatrında oynamaq üçün ordan dəvət alamışdıq. Artıq məşhurlaşmışdıq 😉 Lovğalıqdan uzaq olsun hər iki tamaşa zamanı əməlli başlı coşqu var idi. Hamı tamaşaya baxmaq üçün tələsirdi. Hətta bilet tapa bilməyənlər də var idi. Bir sözlə əsl Anşlaq idi 😀 İlk dəfə tamaşanı rusca daha sonra peşəkar səhnədə isə azərbaycanca oynamağa qərar vermişdik. Tamaşa məncə aktyorluq təhsilimiz olmasada (deyilənlərə görə) yaxşı alınmışdı. Tamaşada bir saniyə olsun belə dayanmaq yox idi, ancaq hərəkət, dinamika, temp var idi. Bir sözlə canlanma var idi. Təsəvvür edin ki, səhnədə lazım olan dekorasiyalar qurulmuşdu, hətta motsiklet də var idi 😀 Əsərin süjet xətti Bakıda müharibədən sonra məhəllələrin birində yaşlı uşaqlardan və onların arasında olan münasibətdən söhbət gedir.

Tamaşada oynanılan rolların adlarını bəzilərini xatırlayıram. Misal üçün mən Rafiq yolunda mənim həmkarım isə Elik baş  rolda oynayırdı. Biz onunla dost idik, elə indi də 🙂 Amma tamaşada sonradan münasibətlərimiz yaxşı olmadı və yollarımız ayrıldı…Daha sonra Nelya, Paxan, Xaryok, Kostya, Müstəntiq Arik, Qusik, və.s başqa rollar var idi. Elik Nelyani sevdiyindən Paxan isə bundan xoşu gəlmirdi və qısqanclıq edirdi. Xaryok isə belə desək Paxanın əlaltısı idi…Kostya əsgərlikdən yeni qayıdan həm də məhəllənin yeni sakini idi. Müstəntiq isə adından da görünüyü kimi məhəllədə düşən davanı araşdırırdı. Bu rolu isə rejissor Elvin Mirzəyevin özü oynayırdı. Arik və Qusik isə hamılıqla birgə məhəllə uşaqları olmaqla bərabər həm də meyxana deyən uşaqlardan idilər. Meyxananın bir misrası belədir. Bizim məhəllədən keçəni əzərik 😀 Onu da qeyd edim ki, bu tamaşa o vaxt rus dilini yaxşı bilməyimə kömək etmişdi. Bir anlıq bu yazını yazanda tamaşanı oynadığımız səhnələr yadıma gəldi…Eh harada qaldı bu günlərimiz? 😦 Əgər tapsanız bu əsəri mütləq oxuyun, çünki çox maraqlıdır.

Bəs siz tələbəlik illərini necə xatırlayırsız?

Advertisements

08/02/2011 tarixində Təəssüratlar içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: