Müqəddəs Zirvə

Hər bir millətin xalqın azadlığı uğurunda mübarizəsindən bəhs edən bir səhifəsi var. O səhifə ki, hər bir zaman insanların yaddaşında əbədi olaraq qalır. Çünki, o səhifə şanlı səhifədir. Hər bir vətəndaş da bunu hər zaman xatırlamalıdır. Belə səhifələrdən biri də 21 il əvvəl 1990-cı il ilin bu günü yəni 20 Yanvarda biz Azərbaycan xalqının başına gəldi 😦 O günləri çox yaxşı xatırlaya bilmirəm. Amma uşaq olsam da bəzi şeylər yadıma gəlir. Bu hadisə olanda o vaxt cəmi 6 yaşım var idi. İndi o hadisədən 21 il ötsə də, amma xalqımız bu unudulmaz tarixi günü unutmur. Tarixi ona görə yox ki, 21 il bundan qabaq olub, ona görə ki, həmin gün tarixdə qaldığı kimi də bizim də yaddaş tariximizdə əbədi qaldı. O tarix ki, faciəli də olsa şərəfli gün kimi qaldı. O tarix ki, mənfur SSRİ qoşunları xalqımızın azadlıq hissini boğa bilmədi. O tarix ki, hər bir azərbaycanlı bu tarix haqqında bilməlidir. O tarix ki, bizim uşaqlara xalqımızın o şanlı anlarını çatdırmağa borcluyuq necə ki, onların ruhuna borclu olduğumuz kimi! Mən o tarix belə adlandırıram. Müqəddəs Zirvə!

Biz vətəndaşlar hamılıqla şəhidlərə borcluyuq. Mən də şəhidləri Bakıda olmasa da Gəncədə olan 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılan abidəni ziyarət etməyə getdim, bir vətəndaş kmi. Məqsədim ziyarət edib, şəhidlərimizi xatırlamaqla yanaşı bu haqda ilk yazımı yazmaq idi. Amma təəssüf ki, biz elə başda mən olmaqla şəhidlərimizi şəhid olduqları gün xatırlayırıq 😦 Ziyarət etdim və təxminən 10-15 dəqiqə abidənin yanında oldum, şəkillər çəkdim. Abidənin ətrafı yolun kənarı səkinin üstü qərənfillərlə bürünmüşdü. Amma abidənin yanında olduğum müddətdə gördüyüm mənzərə məni kədərləndirdi, həm bu günə, həm də orada demək olar ki, adamları görmədiyimə görə 😦 Axşama yaxın getdiyimdən ola bilsin ki, adamların əksəriyyəti artıq baş çəkmişdilər. Nədənsə, mənə yenə də abidəni çox adamın baş çəkməməyi təəssüratı oyatdı. Mən abidəni ziyarət edəndə, orada cəmi iki nəfər var idi. Onların da məşəldən qalxan alovdan isinmək üçün gəldiyini zənn etdim. Ola bilsin ki, yanılıram. Amma mənə çəkdiyim şəkillər bunu deməyə əsas verir. Bir az keçmişdi ki, bir neçə nəfər gənc də əllərində qərənfillər gələrək abidənin qarşısına qoyub, getdilər. Amma sonra bir mənzərə ilə qarşılaşdım. Bir nəfər, hər halda atası olardı, öz uşağı ilə abidəni ziyarət etməyə gəlmişdilər. Həqiqətən də qürurverici bir məqam idi. Elə anı görməyə dəyərdi…

Şərhsiz…

Bu slaydşou üçün JavaScript lazımdır.

P.S. Ümid edirəm ki, o uşaq böyüyəndə də bu abidəyə baş çəkəcək, isinmək üçün yox, şəhidlərimizi xatırlamaq üçün!

ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ETSİN!

Advertisements

20/01/2011 tarixində Cəmiyyət içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 5 Şərh.

  1. Allah bütün şəhidlərə rəhmət etsin!
    Mən Ucarda getmişdim şəhidlər xiyabanına…Çoxlu insan var idi, amma təəssüf ki, bunlar arasında çoxları məcburi, yəni işdən, məktəbdən gəlmişdilər. Və hətta, bəzilərinin üzündəki təbəssüm məni dəhşətə gətirirdi…Belələrinə AR OLSUN!

  2. Amin! Şəhidləri xatırlamaq, gərək adamın ürəyindən gəlsin. Məncə, əsl vətəndaş elə yerlərə məcburi yox könüllü getməlidir. Biz hər zaman şəhidlərə borclu olmalıyıq!

  3. Allah şəhidlərimizə rəhmət eləsin. Amin!

  4. Şəhidlərimizə olan borcumuzu heç vaxt qaytara bilməyəcəyik!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: