Şəhidlərə əbədi borcumuz VAR!

Bəli, mövzunun adından da göründüyü və bilindiyi kimi Şəhidlərə əbədi borcumuz VAR! Var sözü böyük hərflərlə əbəs yerə yazılmayıb, bu hamımızın şəhidlərə borcumuzun olmasına bir işarədir. O işarə ki, təkcə böyük hərflə yazıldığına görə yox elə sözün həqiqi mənasında böyük mənada başa düşülməlidir. Amma təəssüf ki, bu mənaya nəinki böyük mənada heç kiçik mənada da başa düşməyənlər var! Mən də bu başlıqılı mövzuya daha doğurusu mövzunun adının mənasına sizlərində diqqət yetirməsini əbəs yerə vurğulamadım.

Beləki bu mövzuya müraciət etməyimin səbəbi dünən Ramil Səfərovun Facebook səhifəsində Milli Ordunun bir əsgəri ŞƏHİD oldu… Allah rəhmət eləsin! başlıqlı yazını görməyim oldu 😦 Təbii ki, bunu gördüyüm üçün yazı yazmağıma tək bu səbəb deyil. Səbəb tamam başqadır, hansı ki, məni bu yazını yazmağıma vadar etdi. Təsəvvür edin ki, bu xəbərə 52 nəfər şərh yazmışdır, amma bu ancaq şərh yazmaqla məhdudlaşmamışdı. Təəssüflər olsun ki, qəribədə olsa bu məlumatı “like” edənlər də olmuşdu… Təsəvvür edirsiniz?! İnandırım sizi ki, bəlkə də əsgərimizin şəhid olması xəbərindən çox bu məni məyus etdi 😦 Çox pis oldum! Bu xəbəri nə az nə çox düz  59 nəfər “like” etmişdi… Mən də buna etiraz olaraq Allah rəhmət eləsin! Amma başa düşmədim niyə bunu “like” edirsiniz?! erməni yox Azərbaycan əsgəri şəhid olub! yazıb bildirmişdim…Mənim bu şərhimi bəyənənlərin 1-2 nəfəri də şərh yazıb “likeedənləri tənqid etmişdi. Amma nə faydası?!

Bir neçə gün bundan qabaq isə 2 əsgərimiz Naxçıvanda qar uçqununa düşüb həlak olmuşdular. Bu xəbəri də təəssüflər olsun ki, yuxarıda olan xəbəri “like” edənlər azmış kimi bu xəbəri də “like” edənlər var idi… 😦 Bəlkə bunlar  “like” sözünün mənasını heç bilmirlər?! Yoxsa mənasını bilmirlərsə o işarəni də görməyə gözləri görmürmü?! Yoxsa elə biliblər ki, erməni əsgəri şəhid olub?! Yoxsa bunlarda erməniləşmə gedir?! Bəlkə elə bunlar həqiqətəndə ermənidirlər?! Ar olsun sizə! Özünüzə hörmət etmirsinizsə heç olmasa şəhidlərimizin müqəddəs ruhuna hörmət edin! Budurmu sizin şəhidlərə əbədi borcunuz?! Bəlkə şəhidlərin sizə əbədi borcu var?!

Ola bilər ki, bu yazı sizə maraqsız və xırda şey kimi gəlsin. Amma məncə böyük şeylərin yaranmasına xırda şeylər səbəb olur!

Mən belə diqqət çəkəcək məlumatlara həssaslıqla yanşdığımdan bu diqqətimdən kənarda qala bilməzdi. Ona görə də istədim ki, bu haqda yazım və sizlərlə bu məlumatı paylaşım.

P.S. Yeri gəlmişkən 20 Yanvar və bütün Azərbaycan şəhidlərinə Allah rəhmət eləsin! Qəbirləri nurla dolsun! Ruhunuz qarşısında baş əyirəm! Bağışlayın ki, sizin yanınızda olmamışam!

Unutmayaq ki, Şəhidlərə əbədi borcumuz VAR!

Advertisements

19/01/2011 tarixində İnsanlar içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 8 Şərh.

  1. Qəribədir ki, “like” edənlər şərh yazanlardan çox idi…Görəsən bu millətin, daha doğurusu millətin bəzi nümayəndələrinin axırı hara gedir?!

  2. Yəqin bunlar “like” nədir bilmirlər. Ya da bilirlər özlərni dəliliyə vururlar! Şərh yazmağı başa düşmək olur! Allah şəhidlərimizə rəhmət etsin! İnşAllah qanları yerdə qalmayacaq!

  3. Yaşar, gəlin məsələyə başqa prizmadan baxaq. Qar uçqununu çıxsaq, Ramil Səfərovun səhifəsində şəhidlə bağlı xəbəri like edənlər bəlkə sevinirlər ki, millətdə ruh oyanır?

    • Kəmalə, millətdə ruh oyatmaq üçün bu xəbərə “like” etmək, fikirimcə düzgün vasitə deyil. Ən azından ona görə ki, əsgərimiz şəhid olub.
      Ruh yüksəkliyi o zaman oyatmaq olardı ki, erməni əsgəri şəhid olsun ❗

  4. vallah gozlerim doldu… nece milletik?! biz niye beleyik?! ureyim sozle doludur,danisanmiram… Boyunu yere soxum bu ermeniperest milletin!

    • Türkan, yazımın sənə bu qədər təsir edəcəyini bilməzdim. Deməli sən də həssas olduğundan belə şeylərə məni kimi həssas yanaşırsan. Təəssüf ki, millətimzin içərisində şəhidilik zirvəsini anlamayan şəxslər var ❗

  5. Amin! Ölkəmiz görünüşünə görə gözəl ola bilər. Amma bu gözəllik sözün əsl mənasında bütün sahələri həqiqətəndə əhatə eləsə çox yaxşı olardı.

  6. Allah bütün şəhidlərimizə rəhmət eləsin.Bu gün əgər biz belə gözəl bir ölkədə belə bir şəraitdə yaşayırıqsa bunların hamısı üçün “Onlara” borcluyuq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: