Avtovağzal “sərgüzəştləri”

İndi çətin adam tapa biləsən ki, avtovağzalda olmasın. Həmçinin çətin adam tapasan ki, Azərbaycan sayağı avtovağzallarda “sərgüzəştlərlə” rastlaşmasın. Nə qədər qəribə və çətin başa düşülməsədə onlardan biri də mənəm! 😦

Belə ki, bu gün Gəncədən Mingəçevirə bir günlük bloqçuluq təlimi keçmək məqsədilə getməli idim. Yeri gəlmişkən bu Mingəçevirə ilk səfərim idi. Səhər tezdən hazırlaşıb, yola yəni əvvəl avtovağzala getdim. Əvvəlcə bilet almalı idim, çünki İlqar bunun hesabata daxil edəcəyini hələ təlimdən qabaq bildirmişdi və bilet almağımın vacib olduğunu qeyd etmişdi. Mən də kassaya yaxınlaşdım və Mingəçevirə getmək istədiyimi bildirdim. Soruşdum ki, bilet verirsiniz? Babam yaşlı Ağsaqqal dedi ki, o biri kassaya yaxınlaşın. Digər kassaya müraciət edəndə bu dəfə isə nənəm yaşlı Ağbirçək dedi ki, nə bilet?! bileti neynirsən?! 😀 Məndə təşkilat adından getdiyim üçün bilet almağın vacib olduğunu bildirdim. Nənə dedi ki, gedin avtobusda əyləşin sürücü sizə bilet gətirib verəcək. OoOoOo bir anlıq təəccübləndim ola bilməz! qulaqlarıma inana bilmədim! nə gözəl! görəsən bu yeni xidmətdir?! 🙂 Sürücü mənə bileti (demək olarsa) verənə kimi sevinmişdim. Bileti götürüm yenidən kassaya yaxınlaşdım ki, bunun necə bilet olduğunu öyrənəm. Bu dəfə isə bilet belə olur bizdə ancaq belədir, cavabını aldım.

Gəncəsayağı "bilet"

Mingəçevirsayağı "bilet"

Onu da qeyd edim ki, gediş üçün bilet də qiymət Avropa sayağı 1,36 AZN göstərilsədə amma sürücü gediş haqqının Azərbaycansayağı yəni 1,50 AZN olduğunu dedi 😀 Çox güman ki, kassada mənə bilet verməmələrinin səbəbi sürücüyə 0,14 AZN miqdarında çatacaq məbləğ idi. Eybi yox 0,14 AZN də mənim üçün xidmət etdib bilet aldığına görə halal edirəm 🙂 Avtovağzalda olan digər sürücülərdən biri Azərbaycanda orduda və nəqliyyatda özbaşnalığın olduğunu israrla bildirdi. Bu fikirlər yuxarıda yazdığıma əyani sübutdur.

Mingəçevirdən Gəncəyə qayıdanda da avtovağzalda çətin də olsa Gəncə avtovağzalının biletindən bir az böyük amma yarımçıq da olsa bilet almışdım 😀

P.S. Sonda onu da qeyd edim ki, (yazıda bir neçə və sonuncu cümlə istisna olmaqla) bu yazını telefonla yolda titrəmək olsa da (soyuqdan yox yollarımızın “gözəl” olmasından bir təhər) yazmışdım.

Advertisements

16/01/2011 tarixində Gəncə içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 12 Şərh.

  1. Mingəçevirdə blog təlimi necə keçdi?

  2. Yazını oxuyanda özümüzün Gəncəyə gedəndə bilet almağımız yadıma düşdü. Əslində bilet almağa ümidimiz olmasa da kassirdən bilet verilib-verilmədiyini soruşduq. Sağ olsun dayı, etiraz etmədən yazdı biletlər. Qiymət isə həqiqətən də gülməli yazılıbmış, 1 man. neçəsə qəpik.Amma yolpulu 3 manat.

    P.S. Bizim bilet Mingeçevir sayağına daha çox bənzəyirdi. Deməli Ucarımızda avtovağzal xidməti ilə fəxr etmək olar 🙂

    • Deməli biletlə bağlı çox yerlərdə problem var. Qəribə burasındadır ki, kassaya yaxınlaşıb, bilet almaq istədiyini bildirəndə bunu elə təəccüblə qarşılayırlar, gəl görəsən 😀 Amma məncə sizin biletlərin görünüşü normal idi 🙂

  3. Çox yerlərdə bu belədir.

  4. Bu azmış kimi də hələ bir deyirlər ki, bileti neynirsən? 😀

  5. he Yashar, gorunushu normal idi. 🙂 Azerbaycanda avtobuslara bilet isteyende teccuble qarshilanir… 🙂

  6. Ay balam, sənə nəyə neynirəm? Qaynadım, suyunu içəcəm, kefdilər eee!
    Bilirsen Yaşar necədi?! Biz də hər şey belədi ee, nəinki bilet, hər şey yarımçıqdır.

  7. Yaşar, maraqlı amma çox utancverici məqamdır. Vətənim bu qədər gözlərimi yaşartdı.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: