Gəncə Bloqçular Klubu

Dünən Gəncə də Gənc Bloqçular Şəbəkəsinin regionlarda təşkil etdiyi bloq təliminin son günü idi. Bütün təlimlər IREX İcma Məlumat Mərkəzində təşkil olunmuşdu. Gənc Bloqçular 3 günlük təlimdə iştirak etdiklərinə görə Sertifikatla təltif olundular. Təlimdən sonra İlqar Mirzə və mənim birgə təşəbbüsümüzlə qərara gəldik ki, “Gəncə Bloqçular Klubu”nu yaradaq. Qrupu Facebook səhifəsində yaratdıq. Artıq görüşümüzün vaxtı da bəllidir. Belə ki, ilk görüşümüz yanvarın 15-də saat 14:00 da Həsən Əliyev küçəsi 62, IREX İcma Məlumat Mərkəzində baş tutacaq. Bu sahə ilə maraqlanan hər bir gənci tədbirə dəvət edirik və onları gələcəkdə qrupumuzun üzvləri kimi görməyə şad olardıq 🙂 Vaxtınızı səmərəli, faydalı, maraqlı keçirmək istəyirsinizsə sizdə bizə qoşulun! Təbii ki, məqsədimiz təkcə görüş keçirməklə məhdudlaşmayacaq 😀 Məqsədimiz Gəncə Bloqçuları ilə bir məkanda görüşüb, fikir mübadiləsi aparmaq, hər hansı bir təkliflər, yeni layihələr və.s haqqında müzakirə aparmaqdan ibarət olacaqdır.

Yeri gəlmişkən bu təlimləri təşkil etdikləri üçün İlqar Mirzə, Baba Əliyev, Azər Nəzərov və IREX İcma Məlumat Mərkəzinin koordinatoru Günel Həsənovaya təlimlərin keçirilməsində yaratdığı şəraitə görə təlim iştirakçıları adından təşəkkürümü bildirirəm! 🙂

Advertisements

11/01/2011 tarixində Gənclər içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 11 Şərh.

  1. Uğurlar, davamlı olsun.

  2. Təşəkkür edirəm! Davamı Ucarda olsun! 🙂

  3. Yaşar, yazıda istifadə etdiyin smayliklərin yeri var…

  4. İlahə xanım, təşəkkür edirəm. Yeri gəlmişkən biz həmkarıq, ona görə sizə də həmçinin uğurlar 🙂

  5. Sizə uğurlar…facebookdan izləyirəm sizləri )

  6. Fikrimi bildirmişəm. Konkret nə nəzərdə tutursan?

  7. Salam, qardaş. Yaşar, necəsən qardaş? Mənəm IREX də ki, Oqtay sənə uğurlar. Yaşar, əladı, bir şey deyim bu IREX də nə vaxt İlqar Mirzə diplomu verdi. Bloqun əladı, vallah çox gözəldi.

  8. Gəncə Bloqçuları nə vaxt və harada görüşürlər?

  9. Salam, Oqtay. Mən yaxşı olmağa çalışıram, sən necəsən? Diplom yox Sertifikat verilib. Bu yanvar ayında olmuşdu. Bloqçularla görüşümüz həftəsonu yəni şənbə günü olur. Hələlik təlim keçirməyimiz mütamadi deyil. Bloqumu bəyəndiyin üçün minnətdaram!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: