“Təbii Yolka” və “Saxta Baba”

Yeni ilin gəlməsinə artıq 2 gün qaldı. İki gündən sonra 201o-ci il arxada qalıb 2011-ci ilə təhvil verəcək və Yeni il artıq öz qədəmlərini qoyacaq. Yola saldığımız il hər kəsin xatirində bir cür kimisi xoş kimisi acı xatirləri ilə yaddaşında qalacaq. Bu Yeni ildə insanlarda yeni arzular, yeni istəklər yaranacaq. Eləcə də mənim, çünki bu il mənim üçün uğurlu hesab etmək olar. Düzdür, xoş olmayan günlərim də olub, amma yaxşı günlərim pis günlərimi yaxşı ki, bu ildə üstələdi. Görək 2011-ci il necə olacaq 🙂

İndi isə Təbii Yolka və Saxta Baba mövzusunun yazısına keçim 🙂 Artıq demək olar ki, Yeni 2011-ci ilin astanasındayıq. Yaşadığım Gəncə şəhərində də bunu hiss etmək olar. Amma açığı mənim üçün bu Yeni il qabağı hazırılıqlar heç xoşuma gəlmir. Yəni heç ürəyimcə deyil. Bunun da bir neçə səbəbi var. Səbəbi isə şəhərin bəzi yerlərində təbii küknar ağaclarını kəsib “Yolka” ediblər. Belə halı nə az nə çox düz 3 dəfə şahidi oldum.Ola bilər ki, sayı artıq olsun. Amma mən şəhərin mərkəzində 2 kəsilmiş küknarın və şəhərin digər yerində yerləşən İdman məktəbinin həyətində (bu haqda əvvəliki yazımda məlumat vermişdim) görmüşdüm. O kəsilmiş ağacları görəndə çox təəssüfləndim, heyfsəndim 😦 Axi niyə, niy vaxtilə kiminsə bu ağacı əkib, əziyyətlə boya başa çatdırıb ki, kimsə sonra onu kəsin?! 😦 Kimlərsə ciblərini dolu edəcək, qaz vurub qazan dolduracaq, bu ağaclarda kiminsə güdazına gedib onun qurbanına çeviriləcək?! 😦 Belə olmaz! Mən bunu vəhşilik adlandırıram! Bu insanlıqdan kənar bir əməldir! Görəsən niyə aidiyyatı orqanlar buna bir mənali olaraq məsuliyyətsiz yanaşıb göy yumurlar?! „Yolka“ quraşdırmaq, pul qazanmaq istəyirsən, get şəhərin mərkəzində quraşdırılan süni Yolka düzəlt, cibini doldur! Daha sən niyə pul qazanmaq xatirinə ağacı kəsirsən!? 😦 Sonra ağız dolusu deyirlər ki, hərəyə bir ağac əkək!!! Budur sizin hərəyə bir ağac əkməyiniz?! Qorxuram ki, mən əkdiyim küknar ağacını da artıq bəlkə də kəsiblər 😦 Eh nə isə ey, onsuzda bunlar düzələsi deyil! Mən o qədər belə yazım ki, guya onların heç vecinədir?! Əsas odur ki, onların cibləri dolsun, qarınlarını şisirdib, boğazları sallanana kimi nə özbaşnalıq edib ağacları kəsinlər!!! Bu azmış kimi də hələ Şaxta yox Saxta Babalar haqqında da bir iki kəlmə yazmaq istəyirəm. Düzdür indi təbii Şaxta Baba görmək üçün gərək uzaq Laplandiyaya gedəsən. Amma heç olmasa o geyimi gərək elə geyinəsən, elə bəzənəsən ki, heç olmasa Saxta da olsa Şaxta Babaya oxşayasan. Yoxsa bilmək olmur bu Şaxta Baba yoxsa Saxta Baba müqəvvasıdır. Mən hələ heç Qar qızdan danışmıram 🙂 Dəhşət!!! Yeni il qabağı da bu xəbərlə keyfinizə “soğan doğradım” 😦 Bağışlayın!

Şərhsiz…

Bu slaydşou üçün JavaScript lazımdır.

P.S. Qarşıdan gələn dünya azərbaycanlılarının həmrəyliyi və Yeni il münasibətilə hamını təbrik edirəm!!!

Advertisements

29/12/2010 tarixində Gəncə içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. Təklifim var, yolka harda quraşdırılacaqsa ora əvvəldən bu ağacı əksinlər sonra elə kəsmədən bəzəsinlər :)))

  2. Yaxşı təklifdir, amma çətin ki, bu fikiri səni kimi düşünüb, dəstəkləyib, icra edən olsun! 🙂

  3. Görmək maraqlı olardı. Amma sən nədənsə ağacların kəsilməsinə yox, Saxta Baba ilə Qar qıza fikir verdin. Hiss olunur ki, hələ uşaqsan 😉 🙂

  4. Hələ bizdəki Saxta babaları təsəvvür eləmirsən.Elə gülməlidirlər ki.Təkcənə yol qırağında qalırlar heç Qar qızları da yoxdur.Sizdı heç olmasa pis yaxşı nəsə var.Şükür eləyin 🙂

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: