Basketbol yoxsa “Yolka” meydançası?!

Facebookda Basketbol qrupu yaratmışdıq, daha dəqiq desəm Ayşən Kərimova bu qrupu yaratmışdı. Məqsədimiz isə həftə sonu yəni bazar günü Gəncədə yerləşən İdman məktəbində basketbol oynamaq üçün gəncləri bir yerə yığıb, asudə vaxtımızı səmərəli keçirməkdən ibarət idi. Beləcə “Basketball Team” adlı qrupumuz yarandı. Hal hazırda qrupda 23 nəfər var. Amma onların heç də hamısı buna o qədər də maraq göstərmirlər, yəni oyuna gəlib gəlməyəcəklərini bəzən qeyd etməyi də unudurlar və ya heç gəlmirlər. Açığı elə olub ki, mən də müəyyən səbəbdən gələ bilməmişəm 🙂 Əsas məqsədim sizə qrupumuz haqqında məlumat vermək deyil.Yeni il yaxınlaşdığından şəhərimizdə belə yazsam canlanma hiss olunur. Şəhəri bəzəməyə cəhd edirlər, nə dərəcədə alınır, onu deyə bilmərəm. Amma şəxsən mənə görə bu Yeni il qabağı hazırlıq solğun, hiss olumayacaq dərəcədə görünür. Bu isə artıq başqa mövzunun yazısıdır.

Keçim əsas məsələyə, yəni nə haqqında məlumat verəcəyim barədə sizi xəbərdar edim. Keçən həftə bazar günü hər həftə olduğu kimi Basketbol oynamalı idik, mən oyuna gələcəyimi təsdiqləməmişdim amma bəlkə qeyd edib bildirmişdim. Çünki dostlarımla Kür çayına balıq tutmağa (xoşladığım hobbilərimdən biridir) getməli idik. Oyundan bir gün qabaq şəhərdə qrup üzvlərindən Kənanla rastlaşdım. Salamlaşıb hal əhval tutduqdan sonra sabah oyununa gəlib gəlməyəcəyi barədə soruşdum. Dedi ki, oyun baş tutmayacaq onun yerinə “Mafiya” oyunu oynamağa gedəcəyik dedi…Səbəbini soruşdum, dedi ki, Basketbol meydançasında “Yolka”quraşdırıblar. Soruşdum necə yəni, nə Yolka? meydançada da “Yolka” quraşdırarlar?! O isə, bunun həqiqətəndə elə olduğunu mənə inandırmağa çalışdı. Bu xəbərdən sonra bir az söhbət edib sağollaşdıq.

Bu gün qərara gəldim ki, həmin yerə gedim və bunun şəxsən şahidi olum. Getdim və gördüm. Həqiqətəndə meydançanın tam mərkəzində “Yolka” var idi…Ona heç “Yolka”deməyə adamın dili də gəlmirdi. Gözətçidən soruşdum ki, niyə bunu məhz meydançanın mərkəzinə qoyublar? Dedi ki, ora görünən yerdi ona görə də orada quraşdırblar. Amma o qədər idman məktəbinin ətrafında yer var idi. Hətta dedim ki, burada bir neçə Küknar ağacını da “Yolka” etmək olardı…Onuda qeyd edim ki, İdman meydançasının ortasında „Yolka“ süni deyildi. Küknar ağacını hardansa kəsib, quraşdırmışdılar 😦 Basketbol oyunu bir yana ağacın kəsilməsinə (bu mövzuya qayıdacam) heyifim gəldi 😦 Belə şey ancaq bizdə ola bilər. Ona görə də təəccüblənməyin, çünki bura Azərbaycandır! Gözlərimiz belə şeylərə artıq öyrəşib. Nə desən nə istəməsən gözləmək, görmək olar!!!

P.S. Novruz bayramında burada Tonqal qalasalar, yenə də təəccüblənməyin ❗

Advertisements

28/12/2010 tarixində Gəncə içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 2 Şərh.

  1. Kəmalə, qoy o Küknar ağacını “Yolka” qəbul edib, nə qədər istəyirlər bəzəsinlər amma təki kəsməsinlər. Təəssüf ki, Yeni il yaxınlaşanda bu ağaclar hansısa adamların (demək olarsa) güdazına gedir 😦

  2. Bizdə, mən oxuduğum məktəbdə həyətin tam ortasında iri bir küknar ağacı var, maraqlıdır ki hər il onu “yolka” qəbul edərək bəzəyirlər hələ də. Siz dediyiniz kimi, təbii yolka 🙂

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: