Azərbaycansayağı elanlar və yazılar

Çoxlarınız şəhərdə elanlar və yazılara çox rast gəlmisiniz. Müxtəlif yerlərdə, müxtəlif  formada, ölçüdə, məzmunda olan elanları və yazıları görmək mümkündür. Sual oluna bilər ki, nəyə görə yazımın mövzusu Azərbaycansayağı elanlar və yazılar haqqındadır? Bu sualın cavabını şəkillərə baxdıqdan sonra daha da yaxşı biləcəksiniz 🙂 Bir növ bu elan və yazıları görməyə artıq hamının gözü “alışıb” yazsam yəqin ki, yanılmaram. Bunları bir çox yerlərdə, avtobuslarda, dayanacaqlarda, mağazalarda, metroda, keçidlərdə, hətta ağaclarda da belə görmək mümkündür. Bunların arasında bəzən savadsız, yersiz, orfoqrafik səhvlərlə yazılmaqla bərabər hətta gülməli, təəccüblü elan və yazıları da görmək olur. Gülməli olmağı bir yana əksəriyyəti səhv yazılmış formada olurlar. Belə yazılara çox rast gəlmişəm. Ona görə də bu məzmunda yazıları görəndə çalışıram ki, fotokameram bunlardan yan keçməsin 🙂 Bu şəkilləri çəkəndən sonra qərara gəldim ki, həm yazımla həm də çəkidiyim şəkillərlə sizinlə paylaşım. Hərçənd elanlar yazısı olan şəkilini götürürdüyüm Google axtarış sistemində bir neçə çox gülməli elan və yazılar var idi 🙂 Amma orada olan şəkillərindən istifadə etmədim çünki istədim ki, ancaq mənə məxsus şəkilləri burada dərc edim.  Şəkillərin hamısını yaşadığım Gəncə şəhərində çəkmişəm. Azərbaycanın başqa şəhər və rayonlarda da belə elan və yazıların olmasını istisna etmirəm. Fikirimcə belə savadsız yazılmış elanlar, yazılar heç kimə, heç mənə də lazım deyil 😉 Təəssüf ki, buna hər hansısa bir qurum nəzarət etmir. Heç belə qurumun olmasına da inanmıram. Yəqin ki, fikirləşəcəksiniz hər şey düzəldi bircə bu qaldı?! Amma məncə elə hər şey xırda şeylərdən başlayır.

Şərhsiz…

Bu slaydşou üçün JavaScript lazımdır.

P.S. Yaxşı ki, bu elanlar və yazılar elə Azərbaycan sayağıazərbaycan dilindədir 🙂

Advertisements

25/12/2010 tarixində Gəncə içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 7 Şərh.

  1. Mənə elə gəlir ki, bu həmin müəsissənin səviyyəsinin göstəricisidir.

  2. Səninlə razıyam. İşə ciddi yanaşmayanda belə məsuliyyətsizliklə nəticələnir.

  3. Mənə elə gəlir ki, Nisiyə nəsə almaq anlayışı ancaq Azərbaycanda mövcuddur. Yaxşı ki, bu Nisiyə sözünü özümüz başa düşürük.

  4. Bu şəkillərdən birində hətta “Nisiyə” yazıblar.Amma mən buna Azərbaycan sayağı elan deməzdim.Çünki belə olanda bizim də adımız batır.Qoy buna “Cahil sayağı” elan deyək.Məncə bu daha yaxşı olar…

  5. Hər şeyi başa düşdüm, bircə bu “hər oğurlanan mala 100 manat cərimə”ni anlaya bilmədim 🙂 Yəqin bu hal ancaq oğrunun iş üstündə tutulduğu hallara aiddir.

  6. Fərqi yoxdur. İş üstündə tutulmasada olar, çünki həmin Market də kameralar var 🙂 Özüdə mala görə yox, hər oğurlan mala görə cərimə o qədərdir 😀

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: