Salam verib, salamını almayana nə deyəsən?!

Hə, hörmətli oxucu, bu dəfə isə sizə tamam başqa mövzudan söhbət açmaq istəyirəm. Amma mövzunun əsas məğzinə keçməmişdən qabaq bir az Salam haqqında danışmaq, daha doğurusu yazmaq istəyirəm. Yox, yazım Salam adlı şəxsdən deyil, Salam vermək mədəniyyəti haqqındadır. Niyə məhz Salam verməyi mədəniyyətlə bağlayıram, bax bunu sizlərə açıqlamağa çalışacam. Əvvəla Salam Allahın 99 adından biridir. Salam vermək həm də Allahı zikr etmək deməkdir. Yəni hər görüş salam verməkdən başlayır. Hər hansısa bir insana  kimisə gördükdə hal əhval tutmaq üçün ilk növbədə salamlaşmalıdırlar.Bu belə desəm artıq vərdiş halını alıb. Amma salam verməsəndə olar, amma bunun nə dərəcədə qarşılanacağını qarşındakı adam dəyərləndirəcək, daha doğurusu dəyərləndiriməyəcək. Salam vermək özü mədəniyyətdir, mədəniyyət salamdan başlayır desəm yəqin ki, yanılmaram. Əgər sən salam verirsənsə sənin salamını almırlarsa bu mədəniyyətdən, daha doğurusu mədəniyyətsizlikdən xəbər verir. Hər halda bu mənim şəxsi fikirlərimdir.

İndi isə keçim başıma gələnlərdən sizə məlumat verim. Mövzunun adından da göründüyü kimi salam verib, salamımı almayanlar haqqındadır. Deməli bir neçə gün bundan qabaq nə az nə çox düz 3 dəfə Salam vermişdim, amma 1 dəfə də olsun salamımı alan olmamışdı.

Keçim birinci salama, daha doğurusu salamsızlığa! Deməli belə, həmin gün evimizin yaxınlığında olan poçta elektirik enerjisi istehlakçısı kartına pul köçürmək üçün getmişdim. İçəri keçdim Salam verdim amma salamımı almadılar! 😦 Mən də heç onlara layiq olmadıqları sağ ol deməyib, oradan çıxdım. Tərslikdən kartda problem olduğundan pul da “qoya” bilmədim… Bir dəfə də eynən belə şey olmuşdu. Həmin an səbrim çatmayıb, “üzlüyümə” salıb, soruşmuşdum ki, sizə salam verirəm niyə salamımı almırsınız?! O, isə fikirliyəm, fikirim başqa yerdədir, cavabını vermişdi… Onu da qeyd edim ki, belə hallarla çox rastlaşmışam…

İkinci hal isə ordan qayıdan da yolda bir tanışımı gördüm, yenə Salam verdim o da salamımı almadı 😦

Ücüncü halda isə, ərzaq mağazasına getmək lazım gəldi. Getdim, aldacaqlarımı aldım, satıcıya pulu ödəməmişdən qabaq Salam verdim yenə də salamıma salamla cavab verən olmadı 😦 Sanki o gün mənim günüm deyildi… Evə gəldim atama sual verdim. Dedim Ata sən, Salam verib, salamını almayana nə deyərsən?! Cavabı çox qısa oldu. Qanmaz! Bəs siz bu suala nə cavab verərdiniz?!

P.S. Dahi Məhəmməd Füzuli də “Şikayətnamə” əsərində Salam verdim, rüşvət deyil deyə almadılar deyib şikəyətlənərdi…


Advertisements

15/12/2010 tarixində İnsanlar içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 14 Şərh.

  1. Çox gözəl mövzuya toxunmusan! Salam insanları bir-birinə yaxınlaşdıran bir vasitədir! Həmdə duadır! Təəssüfki indi çoxları başqalarına yaxınlaşmaq istəmir! Dua etmək, dua sahibi olmaqda istəmirlər!

  2. Maraqlı yazı idi, bu gün hələ biri bunu statusunda share eləmişdi: Salam verdim kontur gedir deye almadilar” Telefonda salamsız sağolsuz danışanlara deyir yəqin :)) Yazılanlarla razıyam, amma bir şey də var, salamı gərək elə verəsən ki, qarşıdakı onu eşidə, ağızucu, mız-mız səslə salam versən əgər salam verdiyin kəs doğrudan da fikirlidirsə eşitməyəcək, sən də onu mühakimə etmiş olacaqsan 🙂

    • Urfan, təəssüf ki, cəmiyyətimizdə fikirli insanlara çox rast gəlmək olur. Belə olan təqdirdə salam verdiyin adam sənin salamın fərqinə o qədər də varmır. Amma bu o demək deyil ki, sən salam verəndə sənin salamın salamsız qalmalıdır. Salamı yavaş səslə versən belə burada tək səs rol oynamır. Salamı hər hansısa jestlə, əllə, başla də vermək olar. Mən salamımı almayan adamlarla orta səslə salamlaşmıdım. Vaxt ayırdığın üçün çox sağ ol!

  3. Heç nə demirəm belə olanda, düzü vecimə deyil çünki hər kəsi olduğu kimi qəbul edirəm 🙂

  4. Maraqlı yazıdır. Özüm də bəzən belə hallarla rastlaşmışam. Salam vermişəm, dalıyca da söymüşəm 😀 Həç onu, həm də özümü 😀

    Amma sui-zənn əvəzinə hüsni-zənn seçmək lazımdır. Onda həm özümüzə xoş gələr, həm də qarşıdakı adama haqsızlıq etmiş olmarıq.

    Misal elə özümü götürüm. Mən nəyləsə məşğul olanda (vəya düşünəndə), eləbil bu dünyadan qopuram. Salam nədi, yanımda top atsalar eşitmədiyim hallar olar. 😀
    Hə bir də fb-da çox olurki, gəlirəmki kimsə salam verib və offline olub 🙂 buna görə inciyənlər də az olmayıb. 🙂

    hərhalda hüsni-zənn etmək yaxşı olar.
    uğurlar 🙂

    • Baba, sənin bir dəfə fikirli olduğunu (sonuncu) təlim vaxtı hiss etmişdim 🙂 Belə ki, sənə aramızda məsafə olsada əllə işarə idib salamlaşmışdım amma sən salamımı almamışdın 🙂 Mənə baxsanda nəsə haqqında elə bil düşünürdün. Amma hiss olunurdu ki, yuxusuz və yorğunsan 🙂 Bir də hüsni-zənn dedikdə sən nəyi nəzərdə tutursan? Yazıya fikirini bildirdiyinə görə çox sağ ol, sənə də həmçinin uğurlar! 🙂

  5. Lalə, vaxt ayırıb, fikir bildirdiyiniz üçün təşəkkür edirəm!

  6. Bir də həmin şəxsə salam vermirəm.

  7. O qədər başıma gəlib ki))))) Hərdən adamın özünə elə gəlir ki, gözə görünməzdir))))) Amma çalışıram ki, o adama 1 də salam verməyim.

  8. Adamlardan bir çoxlarının fikirli, qayğılı olması salam verəndə ola bilsin ki, həqiqətəndə eşitmir. Təbii ki, elə adamlar da var ki, salamını eşidir, amma eşitməməzliyə vurur. Dəyərli vaxtınızı ayırıb, şərhlər yazdığınız üçün təşəkkür edirəm!

  9. Salam. Bu yazı məni uşaqlığıma apardı.Salamlarımla məşhur idim, evimizdən bazara gedib gələnə kimi hamıya salam verirdim, Hətta bir gündə bir adama bir neçə dəfə salam verirdim. 🙂

    Məndə iki cür hal olur. Əgər bir insan salamımı eşidib, qəsdən almırsa ona yenidən salam verirəm, alana kimi. Yox əgər görürəm ki, insan həqiqətən fikirlidi, ona görə salamımı almır. Onda ürəyimdə Allah kömək olsun deyib, yoluma davam edirəm.

  10. Salam. Salam verdiyin salamını doğrudan da fikirli olub, almırsa bunu başa düşürəm. Amma həqiqətən salamını eşidib, salamını almırsa bu artıq saymamazlıqdır. Məndə də bəzən olur ki, salamı iki dəfə verirəm. Çünki ola bilər birinci dəfə eşitməyib, ikinci dəfə də isə eşidib, salamı alır. Diqqətinə görə təşəkkür edirəm 🙂

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: