Poçt qutusu

Bu dəfə isə sizə Poçt qutusu haqqında yazmaq qərarına gəldim. Bir çox evlərdə mənzillərdə poçt qutusu var idi, daha doğurusu bəlkə elə indi də var. Amma onlardan görəsən hal hazırda istifadə olunurmu ya yox?! Əslində isə poçt qutusu məfhumu köhnəlib desəm yəqin ki, yanılmaram. Ona görə ki, indi poçtdan istifadə olunmur. Əvvəllər isə ondan hamı istifadə edərdi. Tez tez yeni qəzetlər poçtumuzda görərdik. Qəzetlərdən yeni yeni məlumatlar alardıq. Amma indi təəssüflər olsun ki, bütün bunlar arxada yəni keçən əsrdə qaldı… Hələ uşaq ikən yadıma gəlir. Poçtdan tez tez istifadə edərdik. Poçtalyon gələrdi, hər poçta qəzet atardı. Qəzet olmayanda soruşardıq ki, „Əmi” təzə qəzet nə vaxt gələcək? Vaxtını bildikdə onun gəlməsini səbirsizliklə gözləyərdik. Amma təəssüflər olsun ki, indi belə şeylər daha yoxdur. O, anlar ancaq xatirlərimizdə qalıb. Bilirsiniz o günlər üçün necə darıxmışam 😦 Hamı kimi məndə gözləyirdim ki, görəsən poçtalyon əmi bizə nə vaxt qəzet gətirəcək. Amma hansı qəzet olduğunu isə yadıma sala bilmirəm.

Bizim poçtumuz ikinci mərtəbədə idi, elə qonşularımız var idi ki, poçt qapılarının yanında idi. Hər dəfə poçtda qəzet olanda onu onu oxumaq üçün tez tələsik açardıq. Bu poçtların balaca açarları var idi. İndiyə kimi bunlar hamısı yaxşı yadımdadır. Bilirsiniz nə üçün darıxmışam?! O, təzə qəzetin iyi üçün 😦 O, günləri yenidən yaşamaq istərdim. Kaş o uşaqlıq illərimi qaytarardılar. Amma nə edəsən ki, bu mümkün deyil…

Eh, təəssüf ki, indi nə qəzet paylayan poçtalyon nə də ki, qəzet “üzü” görən poçt qutusu var 😦 Bütün bunlar azmış kimi o vaxt istifadə etdiyimiz poçt qutumuz indi heç yerində belə yoxdur. Hər dəfə də evimizə gələndə olan qalan poçt qutularını (demək olarsa) o vəziyyətdə görəndə xəyallara dalıb o uşaqlıq günlərimizi xatırlayıram. Bilmirəm onlarınmı halına acıyım yoxsa öz halımamı yanım 😦

Hərdən kövrəlirəm ki, axı o vaxtlar olan şeylər niyə axı indi yoxdur?! Yadıma gəlir, məhəlləmizin yanında bir qəzet köşkü var idi. Oradan da qəzetlər alardıq. İndi ondan da əsər əlamət qalmayıb 😦

Bundan başqa indi də heç qəzet oxuyan adam çox az hallarda taparsan. Mütaliə edənlərdə yaşlı adamlardır. Ümumiyyətlə isə qəzetə, kitaba maraq çox azalıb. Məgər hər şey televiziyaradio da mənasız verilişlərə baxıb, dinləməkdən ibarətdir?!

Zəmanə dəyişdikcə düşüncələr də istəklər də təbii ki, dəyişir. Hər şey inkişafa doğru gedir. XXI əsrdəyik belə desək texnalogiyalar əsridir. İndi əgər nədənsə xəbər tutmaq istəyirsənsə qəzet almaya da bilərsən bunun üçün İnternet sənin köməyinə çata bilər. Amma məncə hər şey elə bunula da məhdudlaşmır. Amma o vaxtların başqa zövqü var idi… İndi mənə o uşaqlıqdan şirin xatirlər qalıb, o xatirlər ki, heç vaxt yaddan çıxmaz, unudulmazdır.

P.S.  Ötən günlərimi qaytarsaydılar gələn günlərimi qurban verərdim 😦

Advertisements

08/12/2010 tarixində Gəncə içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 5 Şərh.

  1. Mənim də poçtdan qəzet götürməyim yadıma gəlir, amma oxumağımı nədənsə xatırlamıram 😀 Həm məqsədəuyğun həm də çox yaxşı olardı. Amma təəssüf ki, bu indiki halda mümkün deyil. Ola bilsin ki, bu biz görməsəkdə gələcəkdə olsun 🙂 Vaxt ayırıb, yazıya münasibət bildirdiyin üçün minnətdaram!

  2. Maraqlıdır, mən də uşaqlığımı xatırladım. Düzdür bizdə o poçt qutularından olmasa da həmişə nənəmgilə gedəndə maraqla poçt qutusuna baxardım ki, görüm məktub varmı? P.S. Ötən günlər ötüb, gələcəyi düşünüb bu günlə yaşamaq daha məqsədəuyğun olmazdımı? 🙂

  3. Ola bilsin yox. Əminəm ki bu belə olacaq inşaAllah 🙂

  4. Çox maraqlı mövzudur, adamı uşaqlığına aparır. Bizdə də olmayıb poçt qutusu amma nənəmgildə hələ də var. Uşaqlıqdan qalan adətdir, hər dəfə gedəndə yenə də o qutunu açıb baxıram))))

  5. Uşaq ikən gördümüz tez tez açıb yoxladığımız poçt qutusu indi heyif ki, ancaq xatirələrimizdə qalıb…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: