Yersiz siqnallar

Haqqında yazacağım mövzu mənə maraqlı olduğu kimi yəqin ki, sizində bir çoxlarınıza maraqlıdır. Adətən siqnalı ona ehtiyac olan zaman işə salırlar. Yəni qəza vəziyyəti yaranmasın deyə xəbərdarlıq etmək üçün siqnal verilir. Belə olanda təqdirdə belə siqnallara yerli yəni yerində siqnal demək olar. Amma elə siqnallarda vardır ki, mövzunun adı kimi, yersiz siqnallardır. Açığı bu yazını yazanda heç bilmədim nədən yazım, hardan başlayım, harada qurtarım. Əslində bu mövzunu yazsamda qurtarmaq bir az mənə çətin olacaq. Çətin olacaq ona görə ki, ürəyim doludur. Bəlkə belə etsəm ürəyimdə boşaltmış olaram…Yəqin ki, bir çoxlarınız da məni kimi bu siqlanllardan bezmisiniz. Söhbət isə yersiz siqnallardan getdikdə isə adam lap təngə, boğaza gəlir. Niyə görə belə yazdıgımı isə indi sizə çatdırmağa çalıçacam.

Sual oluna bilər ki, yerli siqnalla yersiz siqnalın fərqi nədədir?! Məsələ burasındadır ki, maşınlar harda gəldi, necə gəldi, siqnal verirlər. Bu da ətrafdan keçən adamları bilmirəm amma məni yaman özümdən çıxardır. Hər halda ətrafda olan adamlarda məni kimi istisna deyil…Hələ mən sizə İşıqforda dayanan zaman, yaşıl işığın yanmasını “səbr“ edib həsrətlə gözləyən, hələ qırmızı işıq yanmamış arxadakı, maşın qabaqdakına siqnal verib, tez ol “əəəə” sür “dəəə” bundan danışmıram… Siqnalı bir neçə dəfə verib və ya azmış kimi də basılı saxlayan, və nəticə də sürücülərin arasında „gözəl“ sözlərlə nəticələnən söhbətlərdən danışmıram… Hələ mən piyadalar zolaqlı yoldan keçərkən maşınların siqnal verib adamları borclu çıxarmasından danışmıram… Acınacaqlıdır deyilmi?! 😦

Bu azmış kimi başqa tipli səs gücləndirici siqnallarda (əgər dəmək olarsa) mövcuddur. Bunlar sadəcə siqnal yox səs gücləndirici siqnallardır. Amma bu siqnallar təkcə səsinin güclü olması ilə də bitmir…  Belə siqnalların arasında müxtəlif heyvan səsli siqnallada vardır. Elə bilirsən sanki şəhərdə yox meşədəsən… Canavar səsli siqnaldan hətta adamlar yox bəlkə də elə canavarların özləri də qorxarlar… Utandırıcıdır deyilmi?! 😦

Bundan başqa siqnallardan təkcə nəqiliyyatda istifadə edilməklə məhdudlaşmır. Siqnaladan həm də adamları çağırırış vasitəsi kimi də istifadə olunur. Hər halda başqa ölkədə bilmirəm amma Azərbaycanda bu dəqiq belədir. Mən yaşadığım məhəllədə bunun dəfələrlə şahidi olmuşam. Özüdə bu çox vaxt gecə baş verir. Maşın gəlir binanın qarşısında durur və siqnal verməyə başlayır. Özüdə aramsız , bu da təbii ki, adamın “beyninə” işləyir. İndi guya bu kimisə çağırmaq vasitəsidir. Nəzərə alsaq ki, məhəllədə binalar çoxdu, belə siqnalların verilməsi adamları narahat etməkdən başqa həm düşüncəsiz həm də tamamilə yersizdir . Lap siqnal versən də, indi sən çağırmaq istədiyin adam hardan bilsin ki, sən məhz onu çağırırsan?! Adama demək lazımdır ki, ay(ı) vətəndaş ❗ lazımdırsa get zəhmət çək evinin qapısını döy, zəngini bas çağır. Unutma ki, bu qədər sakini narahat etməklə “gözəl” sözlər qazanırsan!!! Hətta buna görə bildiyimə görə 1 dəfə də dava dalaş düşüb.

Bu arada siqnaldan söhbət getmiş, yadıma Almaniyada yaşadığım günlər düşdü… İnanırsınız, tam səmimi olaraq deyirəm ki, orada yaşadığım 1 il ərzində mən demək olar ki, siqnal səsi eşitmədim… Ya sürücülər mədəniyyətli idilər ya da siqnal verməyi özlərinə lazım bilmirdilər, ya da onların maşınlarında ümumiyyətlə siqnal “yox” idi.  Bəs biz niyə axı onlar kimi ola bilmirik?! 😦

P.S. Unutmayın ki, necə siqnal vermək mədəniyyətdən xəbər verir.

Advertisements

30/11/2010 tarixində Gəncə içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. Fikirimcə, özünə hörmət edən şəxs yersiz siqnal verməz! Bəlkə də Azərbaycan yeganə ölkədir ki, belə siqnallardan (əgər demək olarsa) harada gəldi, necə gəldi istifadə olunur. Diqqətinə görə minnətdaram!

  2. Çox gözəl mövzuya toxunmusan! Dərsdə otururuq, kimsə küçədə siqnal verir “ələsgəər, nə vare ələsgər, ələsgər” ya da ki meşəni xatırladan heyvan səsləri! Ehh… Hər şeyin AZƏRBAYCANSAYAĞI variantı vardaa…

  3. Səninlə tamamilə razıyam. Açığı, siqnalın icazə olan və olmayan yerlərdə verilməsi barədə məlumatım yox idi. Amma təəssüf ki, siqnalç xüsusilədə yersiz siqnal vermək Azərbaycanda adi hal alıb. Ola bilər ki, adamlar buna o qədər də əhamiyyət vermirlər. Amma şəxsən mən buna həssas yanaşıram. Diqqətinə görə minnətdaram!

  4. Siqnala İcazə Olan Və Olmayan Yerlər Siyahısı Dövlət Tərəfindən Müəyyənləşdirilib və Cəriməsi də var. Ancaq Tətbiq olunmadığı üçün Problemlər yaranır. Amma heç Bir qanun və Heç bir qadağa İnsan mənəviyyatını və mədəniyyətini formalaşdırmır. Yersiz Siqnal vermək isə həmin şəxsin hansı mədəni səviyyə də olduğunu göstərir…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: