ŞƏKİ, bildiklərim, eşitdiklərim, gördüklərim…

BİLDİKLƏRİM…

Yəqin ki, hamıya yaxşı məlumdur ki, Şəki (keçmiş Nuxa) Azərbaycanın gözəl şəhərlərindən biridir. Hər halda bunu ora gedib, öz gözləri ilə görənlər daha yaxşı bilərlər. Şəkidə bir neçə gün bundan qabağa kimi heç vaxt olmamışdım. Bu yazını yazanda açığı necə ad qoymaqda bir az fikirləşdim. Gah ağlımdan Şəki, gah Şəkiyə ilk səfərim gah da ki, Şəki və Mən adlı bu yazıya başlıq qoymaq istəyirdim amma elə oldu ki, tamam başqa bir ad qoymaq qərarına gəldim. Adını isə Şəki, bildiklərim, eşitdiklərim, gördüklərim vermək qərarına gəldim. Amma ora haqqında təəssüratlarımı sizinlə bir qədər sonra bölüşəcəm.

Hələlik isə qeyd edim ki, adətən tanımadığın bir yerə gedəndə oranın necə olması haqqında məlumat alırsan, amma məndə elə oldu ki, Şəkidən qayıdandan sonra Vikipedia da bəzi məlumatları oxudum. Amma sizə elə gəlməsin ki, mənim Şəki barədə olan məlumatları ordan bura əlavə etmək fikirim var. Əsla!!! 🙂

EŞİTDİKLƏRİM…

Şəki haqqında az da olsa bildiklərim məlumatlar az da olsa var idi…Amma eşitidklərimdən bilirdim ki, Şəki Xan sarayı, Halvası və təbii ki, lətifələri ilə tanınır. Lətifə demişkən Şəkini lətifəsiz lətifəni isə Şəkisiz təsəvvür etmək mənə elə gəlir ki, çətindir. Yəni bu ancaq məhşur olmağı ilə məhdudlaşmır təbii ki, onlar həm də çox gülməli olur. Onların şirin ləhcəsi də bu gülməli lətifələrə rəngarənglik qatır. Bu arada lətifə olmasa da bir şey yadıma düşdü. Eşitdiyimə görə  Şəkidə soruşursan tutaq ki, filankəs harada yaşayır? Cavabında isə deyirlər ki, hay indi “ağızının içində” 🙂 🙂 🙂

GÖRDÜKLƏRİM…

Bazar günü dostlarımla Kür çayına balıq tutmağa (yeri gəlmişkən balıq tutmaq sevimli xobbilərimdən biridir) getməli idik. Şənbə günü axşam dostum Raqif (XTM təsisçisi) Xəzər Təhsil Mərkəzinin tələbələri ilə məni onlarla Şəkiyə gəzməyə getməyə dəvət elədi. Seçim etməli idim, ya balıq tutmağa ya da onlarla birlikdə Şəkiyə getməli idim. Amma elə oldu ki, balıq tutmağa gedə bilmədik. Əvəzində isə ilk dəfə Şəkiyə getmək mənə qismət oldu.

Beləcə səhər tezdən Şəkiyə yola düşdük. Yol boyu bir neçə rayon, şəhər Goranboy, Yevlax, Mingəçevir keçdik. Mingəçevir məni yaxşı mənada təəccübləndirdi. Şəhərdə bayramla əlaqədar bəzi yerləri bəzədilmişdi. Bu Mingəçevirin şəhər günü idi. Diqqətimi bu şəhərdə ilk növbədə təmizlik cəlb elədi. Ümid edirəm ki, şəhərin belə təmiz olmağı şəhər gününə aidiyatı yox idi…Burada  bir anlıq özümü xaricdə hiss elədim 😉 Mingəçevir haqqında yaxşı şeylər eşitmişdim. Gözümlə gördüklərim eşitdiklərimə bir daha sübut oldu. Amma şəhəri niyə Nur şəhəri adlandırırlar, bax onu bilmədim. Eşitmişəm ki, bura həm də Mini Çikaqo da deyirlər 🙂 Yeri gəlmişkən Mingəçevirə girəcəkdə, daha doğurusu çıxdıqda bizi YPX əməkdaşları bizi səbəbsiz yerə saxladılar. Səbəb isə göstərdilər ki, guya biz sürət həddini aşaraq radara (halbuki 50-70 km/s gedirdik, sürət həddi də bu qədər idi) düşmüşük 🙂 Sürücünün sürücülük vəsiqəsini aldı və protokol yazıb sizi cərimələyirəm deyib, ödənişi (əslində rüşvət) yerində edirsiniz?! sualını verdi. Amma bizim yol hərəkət qanunlaını pozduğumuzu sübut edə bilmədiyindən cərimələyə bilmədi 🙂 Beləcə gəlib günorta saatlarında Şəkiyə çatdiq. Bizi isə orada yaşayan Aysel xanım (bizimlə gedən Fərhadın tanışı) qarşıladı.

Hər bir şəhərin belə desək özünə məxsus simvolu var. Şəkinin simvolu isə Xan sarayı desəm yanılmaram. Elə ona görə də bir başa ora getmək qərarına gəldik. Xan sarayına giriş ödənişli olduğundan bilet almalı olduq. Onu da qeyd edim ki, saraya giriş haqqı 0,50 AZN və 1 AZN idi. Bilet satan şəxs bizə girişin 1 AZN olduğunu bildirdi, biz də baha olduğunu bildirdik, o isə yəqin ki, çoxluğumuzu nəzərə alıb, 0,50 AZN razılaşdı 🙂

Sarayın qarısında kiçik hovuz və iki böyük Çinar ağacı var idi. Deyilənlərə görə bu ağaclar saray tikilən vaxtı əkilib…Xan sarayını ilə bizə bir xanım bələdçi ətrafli məlumat verdi. Sarayın tikilməsində ən maraqlısı isə heç bir mismardan istifadə edilməməsində idi. Divarda bəzəklər, rənglə işlənmiş şəkillər, rəngli pəncərələr, zövqlə və yüksək ustalıqla işlənilmişdi. Təbii ki, bu da çox göz oxşayırdı. Xan sarayından sonra isə növbəti gedəcəyimiz yer isə Karvansaray oldu…Buranın həyəti çox xoşuma gəldi. Öyrəndik ki, buranı indi Otel kimi fəaliyyət göstərir.

Hələ Şəkiyə çatanda Kiş çayının yanında bir məlumat diqqətimdən yayınmadı. Əvvəl təəccübləndim, sonra fotoşəkilini çəkmək istəsəmdə amma avtobusla getdiyimizdən alınmadı…Amma qayıdanda sürücümüzdən xahiş etdim ki, saxlasın onun şəkilini çəkim. Ardıcıl 2 məlumat lövhəsində zibil atanların cərimə olunması barədə idi. Lövhənin birində zibil atan vətəndaş, digərində isə çaya zibil tökən vətəndaş (hərçənd hər ikisində çaya zibil atmaq nəzərdə tutulur) nə az nə çox 550 AZN cərimə olunacaqdır lövhəsi asılmışdır. Elə bildim bu şəkililərin zarafatıdı 🙂 Amma sən demə elə deyilmiş. Aysel xanımın dediyinə görə çaya zibil atdıqlarına görə hətta 2 nəfərdə məhkəmə yolu ilə də olsa cərimə olublar. Amma şəkillərdən aydın görünür ki, çay (demək olarsa) heç də təmiz deyil. Yəqin şəkililər bunu elə özləri zarafat kimi qarşılayırlar 🙂 Ona görə də Şəkiyə gedəndə zibili nə yerə, nə də ki, çaya atın ❗ Çünki nəticəsini artıq özünüz bilirsiniz, zarafat eləmirəm haaa 🙂

Bundan başqa şəhərin mərkəzində 9 mərtəbəli və 5 mərtəbəli bina da diqqətimdən yaynmadı. Təsəvvür etməzdim ki, Şəkidə belə binalar var imiş 🙂

Şəki təkcə Xan sarayı ilə deyil həm də əlbəttə ki, Halvası tanınır. Biz də Əliəhməd halva dükanından halvalarımızı aldıq. Yeri gəlmişkən YouTube video portalında Şəki halvası haqqında video tapmadığımdan qərara gəldim ki, özüm çəkdiyim videonu bura yerləşdirim.

Halva aldıqdan sonra isə Azərbaycan mətbəxinin ləzzətli təamlarından olan Piti yeməyə yollandıq. Bəh bəh bəh dedim, dadına baxdım. Başqalarını bilmirəm amma mənim açığı o qədər də xoşuma gəlmədi…Amma bütün bunlara baxmayaraq Şəkidən xoş, yadda qalan təəssüratlarla döndük…Gördüyünüz kimi Şəki haqqında  bildiklərim, eşitdiklərim, gördüklərindən çox az imiş 🙂 Kim bilir, bəlkə biz yenə səninlə görüşdük ay “gözoo yidiyim” Şəki! 🙂 Ona görə də sənə sağ ol yox, hələlik deyirəm. Görüşmək ümidilə!

Bu slaydşou üçün JavaScript lazımdır.

P.S. Diqqət :!:Diqqət ❗ Bu yazıya şərh “atan” şəkili 550 AZN “cərimə” olunacaqdır ❗ 😉

Advertisements

25/11/2010 tarixində Gəncə içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 12 Şərh.

  1. şəkililəri niyə cərimələyisən?

  2. Mingəçevir təmiz şəhərdi, amma mərkəz belə görsənir. Mingəçevirə ona görə nur şəhəri deyilər ki, orada Mingəçevir Su Elektrik Stansiyasi (SES) var və şəhər Azərbaycanda elektik istehsalı sahəsində önəmli paya sahibdir. Mingəçevir ölkəyə nur saçır mənasında.

    Karvansaray oteldə qiymətlər necədir indi?

    Halvası yox, amma pitisi xoşuma gəlir.

  3. Vusale Ceerchiyeva.

    Bir chox yerlerde zibil tokenlere bu cur yuksek meblegde cerimeler tetbiq olunsada, teessufki, helelik buda bir netice vermeyib.Nedense insanlarimiz anlamaq istemirler ki,chaylara,su hovzelerine, yaxut kuchelere meishet tullantilari tokmekle,ele ozleri ozlerine ziyan vurur, gigiyenik cehetden ozlerini tehluke qarshisinda qoyurlar.

    • Yeqin ki, bir az zamana ehtiyac var. Əgər qadağan olunmuş yerlərə zibil tökmək halları çox olarsa bu isə təbii ki, cərimələrin sayının artması ilə nəticələnəcək. Belə olan təqdirdə əhali düşünürəm ki, ehtiyat edib elə yerlərə zibil atmaq fikirindən daşınacaq. Diqqətinə görə minnətdaram!
      P.S. Şərhin nədənsə Spam kimi gəlmişdi.

  4. Yazmısan ki, Karvansarayın heyəti yaxşı idi, amma bilmirəm nə mənada deyirsən. Mənim gördüyüm ən kobud otel personalıdır. Qışda ümumiyyətlə yeri yoxdur oranın.

  5. Çox sağ ol, təşəkkür edirəm! Yeri gəlmişkən sən 550 AZN “cərimə” ödəməlisən! 😉 🙂

  6. Şəkiyə xoş gəlmişdiz! Hər zaman burda görməyə şad olarıq hər birinizi! Qaldıki yazıya “a sə gözo yiyim, nə diyime, qəşəh yazmısan” 😉

  7. Şəki şəhərinə aşiqəm mən 🙂 saatlarla bu haqda danışa bilərəm…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: