Üstü bəzək altı təzək

Üstü bəzək altı təzək, yazısı nədən bəhs edəcəyimi yəqin ki, başa düşdünüz. Söhbət Gəncə şəhərində yerləşən bəzi binlardan daha doğurusu iki binadan söhbət açmaq istəyirəm. Bu binlar şəhərin mərkəzində yerləşirlər. Bu binalardan biri yuxarı hissəsində Azərbaycan Beynəlxalq Bankı reklam yazısı olan bina, digəri isə keçmiş Universam kimi tanınan binalardır. Hər ikisidə yaşayış binalarıdır. Aralarında məsafə bir neçə metrdir. Belə desək bu binalar bir birlərinə qonşudurlar. Sual yarana bilər ki, niyə məhz üstü bəzək altı təzək?! Məsələ burasındadır ki, üstü yaraşıqlı görünən bu binalar əslində arxası bəzək yox təzəkdir. Yəni üstü bəzək altı təzək! Şəkillərdən sizdə bunun şahidi olacaqsınız. Bu binalara xərc çəkilib, fasad hissəsi və binanin eyvanları təmirdən sonra tamamilə yeni görünüş alıb. Bir neçə aya təmir olunan binalar, üst tərəfdən çox yaraşıqlı, diqqəti cəlb edən kimi görünür. Amma…

Günlərin bir günü şəhərin mərkəzinə gedəndə qərara gəldim ki, bu binaların şəkillərini çəkim və bloqumda yazımla birlikdə yerləşdirim. Əslində isə bu binaların yanından arxasından çox keçmişdim. Amma o zaman bloqçuluqla məşğul olmadığımdan belə binalar haqqında yazı yazmaq ağlıma gəlməmişdi 🙂 Binalarin ön hissədən bir neçə şəkilini çəkdikdən sonra binanın arxa tərəfinə keçdim və nə görsəm yaxşıdır?! Üstü bəzək altı təzək! Gördüklərim məni o qədər də təəccübləndirmədi. Çünki bu binaların arxa hissələrini əvvəl də görmüşdüm. Ona görə də yenidən bu binaları görəndə adi hal kimi qarşıladım. Yəqin gözlərim buna alışmışdı 🙂

Biz əsaslı təmir dedikdə hər hansısa bir tikili, bina və.s tamamilə təmir olunur. Amma şəkillərdən də göründüyü kimi bu binaların əsaslı yox, bəlkə də əsasız olaraq üst hissəsinin təmiri ilə məşğul olublar. Yəni üstünü bəzəyiblər. Binaların arxa hissələri isə elə təzəkli formada qalıb. Yəqin ki, heç bir ölkədə bizdə olduğu kimi bu binaların oxşarı, tayı bərabəri yoxdur…

Təsəvvür edin ki, şəhərimizə gələn hər hansısa bir turist şəhərin mərkəzində yerləşən bu binların şəkillərini çəkir, öz ölkəsinə qayıdır və çəkidiyi şəkilləri yaxınlarına, dostlarına göstərir. Onlarda elə düşünürlər ki, necə gözəl ölkədir. Dostlarından da biri qərara gəlir ki, Azərbaycana, o cümlədən dostunun çəkdiyi “gözəl” binlara məxsus olan şəhərə, yəni Gəncəyə getsin. Gəlir elə olur ki, o binanı ön hissədən gördükdən sonra arxasına keçir və gördüyü mənzərəyə təəccüblənir. Belə bir şeyin necə olacağını anlaya bilmir 😦

Başa düşmürəm bu binalar niyə belə, ancaq ön hissəsi təmir edilmiş arxa hissəsi isə təmirsiz vəziyyətdə qalıb… Kim bilir bəlkə bu binaların təmirində Korrupsiya əlamətləri var… Hər halda bu ölkədə nə desən çıxar. Axı bura Azərbaycandır!!!

P.S. Ümid edirəm ki nə vaxtsa ölkəmizdə binalar üstü bəzək altı təzək yox üstü bəzək altı bəzək olacaq ❗

Şərhsiz…

Bu slaydşou üçün JavaScript lazımdır.

Advertisements

18/11/2010 tarixində Gəncə içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 6 Şərh.

  1. Başqa binalara baxanda bu binaların arxasını çıxmaq şərtilə ön hissəsini qənaətbəxş hesab etmək olar 🙂 Analoqsuz təmir işləri görmək istəyən Azərbaycana gəlsin! Əslində elə bu binaların analoqu yoxdur ❗ 🙂

  2. yazılarda sözlərə link verməyin və foto slide əladır!

  3. Amma görülən analoqsuz təmir işlərinə kölgə saldığın üçün təəsüf edirəm ))

    Bina 3-4 yox, 7-8 aya təmir olunur. Təmit forması: Mərkəzi prospektə baxan üzündə cari və kosmetik təmir işləri.

    P.S. Çox binalar bu gündədir. Heç onların üz tərəfi də bəzəkli deyil.

  4. bu binalarin altindaki obyektlerin butun temir islerini o obyekt sahiblerine ettirirler yeni onlardan kullu migdarda pul alirlar hetta ordaki gozellik salonu yazisi ucun 980 manat pul aldilar…. ve ettikleride cox keyfiyetsiz olur eger obyekt yiyesi ozu elettirmek istese cox cetin, surundure surundure icaze verirler…. cunki hem daha ucuz hem daha keyfiyetli olacax…. dah cox seyden danisa bilerem ….

  5. Cavid bəy, maraqlı açıqlamadır. Amma əslində sizin cavabınız başqa bir mövzunun şərhidir. Bu haqda mən də eşitmişəm ki, binaların altında yerləşən obyektlər, onların sahiblərinə öz şəxsi hesablarına təmir elətdirilir. Buna şübhə etmirəm. Səhv eləmirəmsə belə bir hal şəhərin digər yerlərində də mövcuddur. Diqqətinizə görə minnətdaram!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: