Gəncəlilərin yeni avtobus həsrəti…

Mövzuya keçməzdən əvvəl, qısa olaraq haşiyəyə çıxmaq istərdim…Adətən biz inkişaf, tərəqqi dedikdə bu bir çox sahələri əhatə edir. İnkişaf əldə etmək üçün hər hansı bir ölkəyə müəyyən sahələrə sərmayələr qoyulur, ölkənin siyasi, iqtisadi, turizm və.s imkanları yaxşılaşdırılır, yeni iş yerləri açılır, bununla da əhalinin normal yaşayışı üçün zəmin və bir çox imkanlar yaranır. Beləcə ölkə və onun vətəndaşları inkişaf dövrünü keçir.Amma görünür belə inkişaf bizdən, daha doğurusu bizim Gəncə şəhərindən yan keçib…

Haqqında yazacağım mövzu yəqin ki, bir çoxlarınızı təəccübləndirəcək. Yəqin ki, özünüzdə belə bir sual yaranacaq doğurdanmı Gəncədə ictimai nəqliyyatdakı vəziyyət belədir?! Bəli, bu əfsuslar olsun ki, belədir.

Ölkəmiz Azərbaycan haqqında inkişafdan, tərəqqidən, insanlarin yaxşı rifahından, dən vuran adamlaradır mənim bu mesajım! Hər şeyə olduğu kimi yanaşın, olmadığı kimi yox!

Beləki hələ 2010-cu ilin əvvəlində Gəncəyə yeni avtobusların gətiriləcəyi barədə söz söhbətlər gəzirdi…Hətta bu haqda televiziyalarda xəbər verilmişdi…10 ay keçməsinə baxmayaraq verilən sözlər hələ də özünü doğrultmayıb…2 aydan sonra il yekunlaşacaq amma Gəncə və gəncəlilər yeni avtobus həsrətindədirlər…Ona görə də əhali hələ də köhnə avtobus, qazel və marşurutlardan istfadə etmək məcburiyyətində qalacaq.

Sovet İttfifaqının dövründən qalan istifadə müddəti çoxdan bitmiş avtobuslardır. Onların sayı elə də çox deyil, elə yaxşı ki, belədir. Bu avtobusların istifadə müddəti çoxdan bitsədə amma hələ də onlar istismardan çıxarılmayıb…Bu yaxınlarda avtobusların birinə minmişdim (əgər ona avtobus demək olardısa) avtobusun içərisi doğurdanda bərbad gündə idi. Oturacaqlar cırılmış, arxası isə yazılmışdı. Avtobusun içində təmizliklə bağlı yapışdırlımış gülməli bir elan diqqətimdən yayınmadı 🙂 Amma buna baxmayaraq salon natəmiz vəziyyətdə idi…Aşağıda, şəkillərdən sizdə bunların şahidi olacaqsınız…Arxada oturduğumdan motorun da ki, səsi adamın lap beyninə işləyirdi…Hətta bəzən elə olurdu ki, yolda mühərrik bir neçə dəfə sönürdü 🙂 Belə bir təhər mənzil başına gedib çata bildim 🙂 Əlbəttə bu nə qədər də gülməli olsada bir o qədər də acınacaqlı, təəssüf doğurucu bir haldır 😦 Bundan başqa hələ mən az tutumlu qazellərdən və marşurutlardan danışmıram. Onlarında sayı kifayət qədərdir. Bu marşurutların azlığı, üstəgəl gecikmələrlə işləyən bu marşurutlarda yer tapıb oturmaq çox çətin məsələdir. Bu azmış kimi tez tez basa basın da olması sərnişinlərin haqlı narazılıqları ilə qarşılanır…Görəsən bu işə niyə ciddi yanaşmırlar?! Görəsən bizə yeni avtobus görmək qismət olacaqmı?! Əlaqədar təşkilatlar buna bir mənalı olaraq qeyri ciddi, məsuliyyətsiz və səhlənkar yanaşırlar…Onsuzda verilən vədlər heç biri yerinə yetirilmir, ona görə də bizə ancaq ümid etmək, bu işi görəcək adamlara yox, Allaha qalır…

Bu yazını yazmaqdan əsas məqsədim, veriləcək vədin yerinə yetirilməməsinə etirazımdır! Məndə bir normal vətəndaş kimi normal ictimai nəqliyyatdan istifadə etmək istəyirəm! Mən sizə başqa həll olunmayan kifayət qədər problemlərdən danışmıram. Heç olmasa vədinizə əməl edin! Eh, nə isə, onsuzda yazmaqla yəqin ki, heçnə dəyişməyəcək…

Şərhsiz…

Bu slaydşou üçün JavaScript lazımdır.

Advertisements

05/11/2010 tarixində Gəncə içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 15 Şərh.

  1. Çox acınacaqlı vəziyyətdir… Gəncədə olan “marşrut” avtobuslar Mingəçevirdə şəhərlərarası nəqliyyat kimi istifadə olunur. Avtovağzalımız belə avtobuslarla doludur. Həddindən artıq narahat nəqliyyatdır. Bununla yanaşı hələ havanı da necə çirkləndirir ❗ ….. Təəssüf….

  2. Hər dəfə Gəncəyə gələndə o avtobusları görəndə Sovet dövrü yadıma düşür. 🙂 Maraqlı yazıdır.

  3. Eyni mövzu seçməyimizə sevindim. Qoy bütün dünya Gəncə avtobuslarını tanısın.

  4. o avtobusa balaca olarken minende naneli konfet yiyerdim ,,,
    sekli gorub yene de konfet yadima dusdu

  5. Maraqlı yazıdır, fotoslide xoşuma gəldi, çoxdandır istifadə etməmişəm, yaxşı ki, yadıma saldın. Əlavə maraq qatır yazıya. Yeni avtobusların gətirilməsi ilə bağlı cümləyə düz link verməmisən. Ola bilər ki, konkret xəbər səhifəsinə link verəsən.

  6. Ülvi, yeni avtobusların gətirilməsi ilə bağlı link tapa bilmədiyimdən onu qoymamışam. Təşəkkürlər!

  7. Gəlin bir də bizim Zaqatalaya baxın.Şəhər içində göz oxşayan ne vaxt gələcəyi bilinməyən “raflar”.Ama təkcə şəhər içində.Kəndə gedəndə isə sen deyən olmasın Sovet dövrünə gedib qayıdıram 🙂

    • Demək avtobuslada olan acınacaqlı vəziyyət Gəncə olduğu kimi Zaqatalada da mövcuddur. Təəssüf, amma əslində buna heç təəccüblənmədim. Çünki ikinci böyük şəhərdə avtobuslar (demək olarsa) belədirsə rayon avtobuslarını təsəvvür etmək elə də çətin deyil. Diqqətinə görə çox sağ ol!

  8. İnşallah! Hələlik isə mənə və camaata ümid edib, yeni avtobusları gözləmək qalır. Vaxt ayırıb, yazıya münasibət bildirdiyin üçün təşəkkür edirəm!

  9. Çoooox Maraqlı və Olduqca Vacib Mövzuya Toxunmusan…. Uğurlar İnşaAllah Tezliklə Nəticəsi Olar Avtobuslarımız Yeniləşər….

  1. Geri bildiriş: Sosium » Sosial bloq yazıları-2 müsabiqəsinin nəticələri

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: