Pul kisəsi

Uşaqlıqda yadıma gəlir pul yığıb saxlamaq üçün saxsı qablardan hazırlanmış daxıllar (kassalar) var idi. Müxtəlif  heyvan fiqurlarından olardı. Əlimizə qəpik quruş düşdükcə sevimli daxılmızın içərisinə atardıq. Beləcə kiçik də olsa öz şəxsi büdcəmiz olardı 🙂

İllər sonra cəmiyyət dəyişdikcə və inkişaf etdikcə tələblər və istəklər də təbii ki, dəyişdi. Belə olan təqdirdə əvvəllər pul yığmaq, saxlamaq üçün el arasında dediyimiz daxıllara ehtiyac duyulurdusa indi bundan o qədər də çox istifadə etmirik. Çünki, pula ehtiyac duyduğumuz halda əvvələr daxıla atdığımız pulu ordan çıxartmaq üçün onu mütləq sındırmalı idik.

İndi isə hər şey tamam başa cür olub. İndiki zamanda hər qiymətə müxtəlif formada ölçüdə, rəngdə,bir neçə cibi olan pul kisələri almaq olar. Yeri gəlmişkən mənim pul kisəmdə 16 cib vardır. Yəqin ki, bundan da çox cib sayı olan pul kisələri də mövcuddur. Cib sayı nə qədər çox olarsa bir o qədər yaxşı olar.

Adətən insanlar müəyyən pul vəsaitlərini etibarli yerə qoyacaq bir vasitə axtarır. Kimisi pul kisəsinə ehtiyac duyur, kimisinin ola bilər ki, pulu olmasın, deyə bilər ki, əşi, pulum onsuzda yoxdur, neynirəm ey pul kisəsini, lazımdır mənə bu?! 😦 Kimisi isə pulu çox olduqda onu nə özündə saxlayır nə də ki, pul kisəsində, onlar bunu bir başa bankda saxlayırlar 🙂

Əvvəlcə gəlin baxağın görək pul kisəsi bizə niyə və nə üçün lazımdır? İlk növbədə onun bir çox üstünlükləri vardır. Ən əsası pullar şax və səliqəli qalmasıdır. Bundan başqa onu sadəcə pul kisəsi kimi yox, hər hansısa sənədləri, şəkilləri, vizit kartları qoymaq üçün istifadə etmək olar. Hər hansısa sənədləri lazım olduqda onu əldə daşımaqdansa onu pul kisəsinə qoymaq daha yaxşıdır. Bu da işimizi bir tərəfdən rahatlaşdırır. Amma aydın məsələdir ki, hər kəsin də pul kisəsi yoxdur. Amma düşünürəm ki, əsas pul kisəsinin olması o qədər də vacib deyil. Əsas odur ki, onun içində pul olsun 🙂

P.S Uşaqlar, çantamın cibindən 20 qəpik tapdım, daxılı olan var? 🙂

Advertisements

31/10/2010 tarixində Gəncə içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. Maraqlı yazıdır) mən pul kisələrini sevsəmdə orada pul saxlamağı sevmirəm) çünki tez xərclənir məncə)

  2. Bəyəndiyin üçün təşəkkürlər! 🙂 Sən onda pulunu plastik kartda saxlasan yəqin ki, elə tez xərcləməzsən 😉

  3. Keçməyin məsləhətdir. Çünki plastik kartın bir çox üstünlükləri var.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: