Məhəlləmizin “Eyfel”i

Yəqin ki, bir çoxlarınız düşünəcəksiniz mən Paris də yaşayıram və ya orada şəxsi evim var 🙂 Təbii ki, bu əslidə belə deyil, amma olsa pis olmazdı 🙂 Əsas mətləbə keçməmişdən qabaq qısa haşiyəyə çıxım, daha sonra məhəlləmiz haqqında bir az məlumat verərəm.

Adətən məhəllə dedikdə biz onu danışığımızda məhəllə yox, daha çox məhlə kimi istifadə edirik. Hər məhəllənin də öz məhlə sakinləri olur. Bunlar da öz aralarında filan məhlə uşağı, küçədə yaşayanlar isə bir birlərinə küçəli deyə müraciət edirlər 🙂

Haqqında söhbət açacağım bizim məhəlləmiz Gəncə şəhərinin Nizami rayonunda yerləşir. Küçəmiz Muxtar Hacıyev adlanır. Onun adını daşıyan bizim məhəllə şəhərin mərkəzindən o qədər də uzaqlıqda yerləşmir. Niyə məhz küçə olaraq mən qeyd etdim. Mən məhəllə dedikdə ağlıma ətrafında ancaq məhlələrin olmasını başa düşürəm. Küçəmizin ətrafında çoxlu binlalar olmasına baxmayaraq kiçik də olsa bizim də məhəlləmiz və məhlə uşaqlarımız var 🙂 Məhləlləmizdən şəhərin mərkəzinə kimi təxminən piyada 1o dəqiqəyə getmək olar. Məhəlləmizin ətrafında bir neçə binalar da var. Onlardan birində də mən özüm yaşayıram. Binamiz 1986 cı ildə inşa olunub və 5 mərtəbədən, 4 girişdən və 40 mənzildən ibarətdir. Yeri gəlmişkən binanın sayca sonuncu sakini, 40 cı mənzildə mən özüm yaşayıram. Binamızın qarşısında heç bir hündür tikili olmadığından (şükurlər olsun) uzaqlıqda olan „mənzərə“ ni aydın görmək olur. O qədər də geniş olmayan məhləmizdə 10 çinar ağacı var. Binamızdan bir neçə metr qabaqda isə ikisi birində yerləşən (meydança demək olarsa) 😦 futbol və basketbol meydançası var. Meydançanın sağında isə hətta camaşırxana da var…Bundan bir az aralıda isə çox kiçik bir park var. Buna isə park deməyə adamın dili gəlir, çünki ən azından ağaclar və oturacaqlar hələ yerindədir. Məhəlləmiz belə demək olarsa bir çox lazım olan yerlərə də yaxındır. Buna misal olaraq orta məktəb, idman məktəbi, bazar, mağazanı göstərmək olar. Hətta bizim məhlədə söyüd ağaclarının altında bir çayxanada var. Heç məhlənidə çayxanasız təsəvvür etmək olar ?! :)Məhləmizdə ən çox diqqəti cəlb edən bir şey də var.Yuxarıda qeyd etdiyim kimi məhəlləmizin “Eyfel”i haqqında sizlərə məlumat verim.Deməli, bu “Eyfel” əslində Azercell şirkətinin, mobil rabitənin keyfiyyətini daha da yaxşılaşdırmaq üçün quraşdırdığı qüllədir. Onun hündürlüyü təxminən 70-80 metr olar. Mən bu qurğuya məhləmizin „Eyfel“ i adlandırıram:) Elə bilməyin ki, Eyfel qülləsi ancaq Parisdədir!

Yadıma gəlir 2010 cu il Yeni il gecəsi yadda qalan olmuşdu. Belə ki, məhləmizdə mən hələ elə bir atəşfəşanlıq görməmişdim. Yeri gəlmişkən və Yeni il demişkən, öz aramızda ha bizim „Eyfel“ dən yaxşı “Yolka” da çıxar, özüdə bu çox möhtəşəm görünər 🙂 Ona görə də təklif edirəm “Eyfel“i görmək istəyən Parisə yox, bizim məhləyə gəlsin 🙂

Advertisements

31/10/2010 tarixində Gəncə içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: