Boş vədlər…

Bu gündən etibarən Azərbaycan Respublikası Parlamentinə 2010-cu il Noyabrın 7 də keçiriləcək seçkilərlə bağlı namizədlərin təbliğat və təşviqat kampaniyasına start verildi. Milli Məclisə Deputat olmaq arzusunda olan namizədlərin müəyyən bir qismi öz çıxışları ilə özünəməxsus tərzdə vədlər, sözlər, verdilər. Nə deyirəm, xeyirli, uğurlu olsun! Hörmətli Deputat olmaq eşqi ilə yanan namizədlər, təki verdiyiniz sözlər, söz olaraq, sözdə yox, əməl olaraq, əməldə öz əksini tapsın! Boş vədlərlə yox! Hamıya olduğu kimi mənə də maraqlıdır, görəsən seçiləcəkləri təqdirdə dediklərinə əməl edəcəklərmi?! Mən şəxsən buna inanmıram!Öz çıxışları zamanı məmur özbaşnalığından, rüşvətdən, təhsildən tutmuş  ta kanalizasiya problemlərinə kimi toxunuldu. Daha yaxşı olmazdımı ki, sən hər hansı bir partiyanın üzvü olaraq sadalanan hər hansı bir problemə münasibət bildirəsən və bunun aradan qalxması üçün işlər görəsən?! Gərək səbəb ola?! O da olub artıq…Buna ən yaxşı səbəb də ki, qarşıdan gələn Parlament seçkiləridir. Zənnimcə, onlar seçiləcəkləri təqdirdə, söz verdikləri işlərin heç birini etməyəcəklər. Boş boş danışmaqdansa hər hansısa bir işi edib onun nəticəsini danışmaq lazımdır. Yoxsa mən Deputat seçilsəm elə edəcəyəm, mən belə edəcəyəm…Onlara sadəcə xalqın dəstəyi lazımdır ki, seçilə bilsinlər. Vəssalam!!! Daha sonra isə yaxşıca təmir olunmuş, yayda sərin, qışda isti, yumşaq kreslolara malik olan Milli Məclisdə oturub guya ki,xalqın qayğısına qalacaqlar. Ay hay…Deputatliığa namizədlərə sadəcə sadə vətəndaşların etimadını qazanmaq istəyidir ki, seçkilərdə onlara dəstək olsunlar…Amma öz aramızdı ha namizədlərin sayı getdikcə yağışdan sonra çıxan göbələklər kimi artır…Deyirəm nə yaxşı ki, bu namizədlərə çıxış üçün pulsuz 4 dəqiqə vaxt verilibmiş, əks təqdirdə bir az çox olsa idi gör bəzi ürəyi Deputat olmaq eşqi ilə yanan “natiqlər” nələr edəcəkdirlər. Gələcəyin deputatı olmaq istəyən Namizəd heç düz əmməli danışa da bilmir, gah çaşır gah da dili topuq vurur…Bu da bizim Namizəd…Belə namizədə də heç səs vermək olar?! Yoxsa bundan bizə xalqın problemini həll edən çıxar? Gözünüz açıq olsun ay millət! Hətta namizədlərdən biri mən sizin “arxanız” olacağam dedi! 🙂 Hörmətli Namizəd, “arxamız” olmaq lazım deyil, bacarırsınızsa arxa olun!!! Bunu da edə bilmirsinizsə o zaman kənarda durun!!!

Advertisements

15/10/2010 tarixində Gəncə içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: