Bir daha təkrarlanmayacaq tarix…

Söhbət məhz bu gündən yəni 10.10.10 dan gedir. Düzdür, əslində yola saldığımız hər ötən gün geridə qalaraq tarixə qovuşur. Bu günün başqa günlərdən fərqi, diqqəti cəlb etməsi və qeyri adiliyi 3 cüt rəqəmin üst üstə düşməsidir. Dünyada hər gün, hər an, hər dəqiqə, hər saniyə hadisələr baş verir. Qısa olaraq hər anın öz hökmü var. Amma məhz bu tarixdə olacaq hadisələr insanın yadında daha çox qala bilər. Nəzərə alsaq ki, bu tarix bir daha təkrarlanmayacaq, o zaman etdiyimiz və görmək istədiyimiz işləri vaxtında və zamanında etmək gərəkdir. Mənim həyatımda da hansı ki, çoxdan etməli olduğum bir şey baş verdi və onu da bu gün də etməli oldum. Mən bu gün həyatımda ilk dəfə olaraq ağac əkdim. Özü də Şam ağacı…nə bar verir nə də ki, elə sən deyən kölgə… Amma yenə də ağacdır, əsas odur ki, ona həyat verdim. Hər halda nə ağacı olursa olsun, onu əkmək savabdir və vacibdir. Mən də ilk dəfə olaraq bunun öhdəsindən gəldim, əslində məni ağac əkməyə heç kəs məcbur etmədi. Mənə sadəcə təklif olundu, mən də könüllü olaraq bu işi görmək istədim və buna tərəddüd etmədən razılıq verdim. Kaş ki, ağac əkmək istəyində olanlar ağac kəsmək istəyində olanlardan çox olaydı… Amma təəssüf ki, bunu kaş ki, olaraq qeyd edirəm…Hər kəsə bir ağac kəsmək yox, ağac əkmək arzulayıram! Bilmirəm, əkdiyim o ağac kəsiləcək ya yox, amma bunu, onun kəsmək arzusunda olan insanların, öhdəsinə və vicdanına buraxıram… Təbiəti qorumaq, ağaclar əkmək və onlara qulluq etmək düşünürəm ki, bizim hər birimizin borcu olmalıdır. Gəlin elə edəyin ki, ətrafımızda hər şey gözəl və yaraşıqlı olsun. Bu hamımızın əlindədir. Ona görə də yaxşı işlər görmək üçün əlinizdən gələni əsirgəməyin. Bir daha təkrarlanmayacaq tarix, mənim həyatımda belə yadda qaldı… Bəs bu tarix sizin həyatınızda hansı ələmətdar gün kimi yadda qaldı?

Advertisements

10/10/2010 tarixində Gəncə içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 1 Şərh.

  1. Hazırlaşın 11.11.11 tarixinə ))

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: