Ramil Quliyev haqda 1-2 kəlmə

RamilArtıq hamıya məlum olduğu kimi həmyerlimiz atlet Ramil Quliyev dünən Londonda 200 metrə qaçışda dünya çempionu oldu. O, bu məsafəni 20.09 saniyəyə qət edərək nail oldu. Onun qələbəsi təbii ki, hamımızın sevincinə səbəb oldu. Fikir verdinizsə, Ramil çempionluğunun sevincini yaşayan zaman ilk öncə Azərbaycan bayrağını götürdü.

Bu yazının davamını oxu

Advertisements

Hava limanların Wi-Fi şifrələri

2015-12-22-image-2.jpgArtıq elə bir zamanda yaşayırıq ki, həyatımızı onsuz təsəvvür edə bilmirik. O, sözün həqiqi mənasında həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Ondan mütəmadi olaraq işdə, evdə, yolda, həmçinin səyahət və istirahət edən zaman istifadə edirik. Söhbətin nədən getdiyini yəqin ki, artıq bildiniz. Bəli, söhbət sizin də düşündüyünüz kimi İnternetdən gedir. Budəfəki mövzum isə “Hava limanların Wi-Fi şifrələri” haqdadır. Bu yazının davamını oxu

Ağdamın simvolu – “Çay Evi”

9878_3vffca53m6Budəfəki bloqpostum Ağdamın simvolu – məşhur “Çay evi” haqdadır. 3 gün bundan qabaq Ağdamın işğalından 24 il keçdi. Bu haqda haqda tvit yazmışdım. Daha sona fikir verdim, 2 il bundan qabaq eyni gündə Ağdama aid olan bir neçə foto paylaşmışam. Bu yazının davamını oxu

Ecosia – yaşıl axtarış sistemi

maxresdefaultBir müddət əvvəl Facebook-da dostlarımdan biri Ecosia axtarış sistemi haqqında status yazmışdı. Oxudum və marağıma səbəb oldu. Qərara gəldim ki, sayt haqda daha da ətraflı məlumat almaq üçün bir az araşdırma aparım. Sayt haqqında məlumatı saytın özündən almaqla yanaşı, həmçinin vikipediadan da oxudum. Həqiqətən də maraqlı layihədir. Sizin də məlumatınız olsun deyə bu barədə bloqpost yazmaq istədim. Bu yazının davamını oxu

Ağacların qanunsuz kəsilməsi və cərimə

233559445Budəfəki blogpostum ağacların kəsilməsi və cərimələnmə haqdadır. Haqqında yazdığım hadisə əslində 5 ay bundan qabaq baş verib. Elə oldu ki, həmin vaxt bu haqda yaza bilmədim. Deməli, bu yay Qara Qarayev prospektindən keçən zaman yolun qırağındakı meşəlik ərazidə çoxlu sayda, təqribən 100-ə yaxın ağac şam ağacının qanunsuz kəsilməsinin şahidi oldum.

Bu yazının davamını oxu

N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə

Foto: © AZƏRTACKeçən il “Günəşli” platformasında baş vermiş yanğın hadisəsinin təsirindən hələ çıxmamış artıq bu gün xəbər tutduq ki, Xəzər dənizində 10 neftçinin olduğu köşk uçub. Hadisə bu gün saat 05.00-də N.Nərimanov adına NQÇİ-nin (Neft Qaz Çıxarma İdarəsi) 3 saylı Neft Yığım Məntəqəsində baş verib. İlkin məlumatlara görə, köşkdə 10 neftçi olub. Onlardan 1 nəfərin cəsədi tapılıb, 9 nəfər isə itkin düşüb. Artıq 1 ildə 2 ci-dəfədir ki, Xəzər dənizində neftçilərin ölümü, itkin düşməsi ilə nəticələnən hadisə baş verir. Qəribədir ki, keçən il yazdığım sonuncu bloqpost da “Günəşli” platformasındakı yanğın ilə bağlı idi.  Bu yazının davamını oxu

“Günəşli” faciəsi

Artıq hamıya məlumdur ki, 2 gün öncə “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş qəza və yanğın hadisəsi güclü külək səbəbindən baş verib. Hadisə baş verən zaman platformada 63 nəfər olub. Onlardan 1-i dünyasını dəyişib, 33 nəfər təxliyyə olunub. 29 nəfər isə itkin düşüb. Bu yazının davamını oxu

Afrika atalar sözləri

Dünən Facebook’da bir nəfərin atalar sözləri haqda statusunu gördüm. Onlar siz bildiyiniz bizim atalar sözləri yox, Afrika ölklərinin atalar sözləri idi. Sizi bilmirəm, amma mən heç vaxt Afrika ölkələrinin atalar sözləri haqda eşitməmişdim. Onları oxudum və çox marağıma səbəb oldu. Qərara gəldim ki, bir neçə Afrika atalar sözləri də əlavə edərək onları ümumi bloqpost halına gətirərək sizinlə paylaşım. Buyurun, oxuyun. Bu yazının davamını oxu

«İntihar Körpüsü» & «İntihar Qalası»

Vəziyyət doğrudan da çox kritikdir, yoldaşlar.  Bir çoxlarımızın «İntihar Körpüsü» kimi tanıdığımız və «İntihar Qalası» haqda yazmaq qərarına gəldim. Əvvəlcə «İntihar Körpüsü» haqda yazmaq istəyirəm. Əgər fikir verirsinizsə, son zamanlar ölkədə intihar hallarının sayı artıb. Hətta mən deyərdim ki, kritik həddə çatıb. Son bir ildə nə qədər intihar hallları baş verib. Sanki, sıradan adi hadisədir və bu, heç kimi narahat etmir. Düzdür, hamımız müəyyən qədər bu kimi hallara reaksiya veririk və üzülürük, amma nə faydası? Biz sadəcə üzülürük, amma ortada insan həyatı məhv olur. Bu yazının davamını oxu

II Dünya Müharibəsi – azərbaycanlı partizanlar

1945-ci ilin 13 aprel tarixində İtaliyanın Berqamo şəhərindən 20 km aralıda yerləşən Monte di Neze kəndində 120 nəfər azərbaycanlı döyüşçü nasistlər tərəfindən kütləvi şəkildə qətlə yetirilir. Azərbaycan partizan tarixinin ən maraqlı hadisələrindən biri olan bu olay barədə bizim tarixşünslarımız ciddi bir araşdırma aparmayıblar. Aparılan araşdırmalar isə jurnalistlər tərəfindən aparılıb. Həmin olay barədə: Bu yazının davamını oxu