Tarixi müasirləşdirilmiş binalar
Haqqında yazacağım mövzu yəqin ki, bir çoxlarınıza maraqlı olacaq. Amma düşünürəm ki, maraqlı olacağı qədər də düşündürücü olacaqdır. Yazının adından da göründüyü kimi “Tarixi müasirləşdirilmiş binalar” barədə olacaq. Bu binalar Azərbaycanın ikinci böyük şəhəri Gəncənin Cavad Xan (keçmiş Sabir küçəsi) küçəsindədir. Gəncədə yaşayanlar yaxşı bilir ki, hələ yayda şəhərdə dağıntı, söküntü işlərindən camaat təngə gəlmişdi. Quruculuq işləri adı altında bir neçə tarixi binanın üzü aqlaylandı və ya tamamilə məhv edildi. Şəhərin mərkəzində yaşı 200 dən çox binanı yerlə yeksan etdilər. Cavad Xan küçəsində olan binalar da quruculuq işlərinin qurbanı oldu. Belə ki, yaşı 100 dən artıq binaların üstü aqlaylanıb.
Qəribəsi isə bundadır ki, binaların tarixiliyini bildirən lövhələr asıblar. Yaxşı adama sual verərlər bunun tarixiliyi hanı? Kim binaların tarixiliyi haqda turistlərə danışa bilər bir halda ki, tarixi binaların üzü aqlaylanıb? Kərpiclə tikilmiş binanı necə aqlaylamaq olar? Bu hansı məntiqə sığır? Bütün bunlar azmış kimi Cavad Xan küçəsinin ətrafında ona yaxın olan küçədə adi daşla tikilmiş binanın üstünü isə kərpiclə tikiblər. Guya binalar kərpiclə tikilib… Siz kimi aldadırsınız?! Təmir işləri adı altında camaatın gözündən pərdə asırlar.

Ön hissəsi aqlaylanmış bu bina 1908-ci ildə tikilmişdir.
Birinci fotoda görüldüyü kimi binanın ön hissəsi aqlaylanıb. İkinci foto isə birinci fotoda olan binadır. Sadəcə…

Binanın yan hissəsini olduğu kimi, yəni kərpiclə tikilmiş halda saxlayıblar…




Bu da kərpiclə tikilmiş “tarixi” ev… Sağ tərəfə diqqət yetirin…

Kimi aldadırsınız?!
Bütün bunlara münasibətiniz necədir? Oxu və paylaş!
Posted on 31/01/2012, in Gəncə and tagged Azərbaycan, Cavad Xan küçəsi, Gəncə, Sabir küçəsi, tarixi binalar. Bookmark the permalink. 1 şərh.


Bizim tariximiz aqlaya çevrilir, mənəviyyatımız isə daşa!